Məhkəmə qərarları › İş №2(044)-1475/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1475/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1475/2020 09.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-ti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4571.21 manat, faiz borcu üzrə 1350.00 manat, cərimə 32.64 manat, cəmi 5953.85 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, kreditin təmini kimi bank ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər kredit müqaviləsinin şərtlərini pozmuş və hazırda cavabdehlərin banka cəmi 5953.85 manat məbləğində borcu qalmaqdadır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli **********0183 saylı kredit müqaviləsinin surətindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT-ti tərəfindən Cavabdeh2 5000.00 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli **********0***-******* saylı zaminlik müqaviləsinin surətindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT-ti tərəfindən Cavabdeh2 verilmiş kreditin təmini kimi bank ilə Cavabdeh3 arasında zaminlik müqavilə bağlanmışdır. xx.xx.2019-cu il tarixli **********0183-681779 saylı zaminlik müqavilələrinin surətindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT-ti tərəfindən Cavabdeh2 verilmiş kreditin təmini kimi bank ilə Cavabdeh1 arasında zaminlik müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4571.21 (dörd min beş yüz yetmiş bir manat iyirmi bir qəpik) manat, faiz borcu üzrə 1350.00 (min üç yüz əlli) manat, cərimə 5 (beş) manat, cəmi 5926.21 (beş min doqquz yüz iyirmi altı manat iyirmi bir qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 4571.21 (dörd min beş yüz yetmiş bir manat iyirmi bir qəpik) manat, faiz borcu üzrə 1350.00 (min üç yüz əlli) manat, cərimə 5 (beş) manat, cəmi 5926.21 (beş min doqquz yüz iyirmi altı manat iyirmi bir qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin xeyrinə turulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar