Məhkəmə qərarları › İş №2(044)-148/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-148/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-148/2022 01.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi, vəkil X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Yaşat” Fondu tərəfindən onun və övladının payına düşən 5000 manat pulun, şəhidliyə görə cavabdehləər tərəfindən alınan 1500 manat pulun, dəfn pulunun yarısı olan 1500 manat pulun və yas mərasimində yığılan pulun yarısı 20000 manat pulun, cəmi 28000 (iyirmi səkkiz min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, X12 ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nikahlarından 25.07.2015-ci il tarixdə X13 adlı uşaqları doğulmuşdur. Cavabdeh1 qaynanası, Cavabdeh2 isə qaynatasıdır. X12 2-ci Qarabağ müharibəsində iştirak etmiş, 02.10.2020-ci il tarixdə Azərbaycan Rüspublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi əməliyyatlar nəticəsində şəhid olmuşdur. Ərinin 3 mərasimi günü “Heydər Əliyev” Fondu tərəfindən şəhid ailəsi kimi ona 10000 manat pul verilmişdir. Cavabdehlər “Heydər Əliyev” Fondu tərəfindən verilən pulu ondan istəmiş, lakin sonradan həmin pulu cavabdehlərdən almışdır. Eyni zamanda “Yaşat Fondu” tərəfindən şəhid ailəsi kimi ailəyə 10000 manat pul verilmiş, lakin həmin məbləğdən ona və övladına cavabdehlər heç bir məbləğ ödəməmişlər. Həyat yoldaşı X5 şəhid olması ilə əlaqədar şəhid ailəsi kimi dövlət tərəfindən 11000 manat pul verilərkən cavabdehlər həmin məbləğdə onların da haqqı oldularını bildirərək əgər iddiaçı və qızına düşən 5500 manatdan 1500 manat cavabdehlərə verməsə notariat kontoruna getməyəcəklər. Bu səbəbdən məcbur olub 5500 manatdan 1500 manatı cavabdehlərə vermişdir. Eyni zamanda cavabdehlər X5 yas mərasimində yığılmış 40 000 manat pulu və dəfn mərasimi üçün dövlət tərəfindən verilən 3000 manatı da cavabdehlər mənimsəmişlər. Məhkəmədən iddianın təmin olunmasını barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi vəkil X15 iddia tələbini qəbul etməyərək, bildirdi ki, oğlu X1 Vəfa Qasım qızı ildə ailə qurmuş, birgə evlilikdən X13 adlı övladları doğulmuşdur. X4 2-ci Qarabağ müharibəsində iştirak edərək 02 oktyabr 2020-ci tarixdə şəhid olmuşdur. Şəhid ailəsi kimi “Heydər Əliyev” Fondundan 10000 manat pul ayrılmış, iddiaçıya verilmişdr. “Yaşat Fondu” tərəfindən cavabdehlərin iddiaçı ilə birlikdə yaşadığı mənzilin təmiri üçün 10000 manat onun müraciətinə əsasən verilmişdir. Evin təmiri üçün 10000 manat verilən zaman İddiaçı və cavabdeh X3 razılığı ilə “Yaşat” Fondu tərəfindən ona verilmişdir. Hazırda həmin məbləğ təyinatı üzrə oğlu şəhid X5 əvvəllər yaşadığı mənzilin təmirinə istifadə olunur. Bundan başqa şəhid ailəsinə dövlət tərəfindən ayrılan 11000 manatdan cəmi 5500 manat olmaqla ayrı ayrı vaxtlarda 1000 manat, 3500 manat və 1000 manat pul onun tərəfindən İddiaçı verilmişdir. Qeyd olunanlardan başqa şəhidin dəfni üçün dövlət tərəfindən verilən 3000 manat oğlunun dəfninə istifadə olunmuşdur. Dəfn mərasimində iddiaçının qeyd etdiyi kimi dəfn mərasimində 40000 manat deyil, cəmi 3000-4000 manat pul yığılmış, o da dəfn mərasiminin keçiriilməsi üçün istifadə olunmuşdur. Bundan başqa İddiaçı 2021-ci iln may ayından cavabdehlər evdə olmayan zaman cehizlərini yığaraq övladı ilə ilə birlikdə evi tərk edərək valideynlərinə məxsus evə getmişdir. Qeyd olunanları nəzərə alaraq iddanın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X15 Cavabdeh2 Zərrad oğlunun izahatına uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdilər. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İmişli regional “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən 18.11.2020-ci il tarixdə verilmiş AZ-İİ 065253 seriyalı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr səbəbindən Cəbrayıl rayonunda 02.10.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Gəncə “ASAN xidmət” mərkəzi qeydyyat şöbəsi tərəfindən 19.12.2015-c il tarixdə verilən AZ-İİ 097213 seriyalı Nikah haqqında şəhadətnamədən görünür ki, X12 ilə X6 nikahları 19.12.2015-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Bayramova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 01.10.2021-c il tarixdə verilmiş MİHO/4.1-2-2021-6230 saylıməktubundan görünür ki, X2 ailə üzvlərinin “Yaşat” Fondunun www.yashat.gov.az internet platformasında məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə qeydə alınmış müracitlərinə uyğun olaraq 2021-ci il 8 fevral tarixində şəhidin atası Cavabdeh2 bank hesabına 10 000 (on min) manat məbləğində vəsait küçürülməklə təmin olunmuş, fəaliyyət istiqaməti üzrə müraciət formalaşdırılan zaman şəhidin ailə üzvlərinin şifahi razılıqları olmuşdur. Məhkəmə irəli sürülmüş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki işin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə X12 nikahlarını 19.12.2015c il tarixdə rəsmiləşdrməklə ailə qurmuşlar. Birgə nikahdan X13 anadan olmuşdur. X12 02.10.2020-ci il tarixdə Cəbrayıl rayonunda Hərbi əməliyyatlar nəticəsində şəhid olmuş, dəfn mərasimin cavabdehlərin hazırda yaşadığı mənzildə keçirilmişdir. Şəhid olduqdan sonra “Heydər Əliyev” Fondu tərəfindən 10000 manat İddiaçı, “Yaşat Fondu” tərəfindən isə məişət şəraitinin yaxşılaşdırılması üçün Cavabdeh2 müraciətinə əsasən ona 10000 manat verilmişdir. Bundan başqa X12 Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olması ilə əlaqədar verilən 11000 manat puldan iddiaçı və övladına 5500 manat, cavabdehlərə 5500 manat verilməli olması işin mübahisəsiz hallarındandır. “Yaşat Fondu” tərəfindən Cavabdeh2 məişət şəraitinin yaxşılaşdırılması üçün verilən vəsaitlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşat” Fondunun 01.10.2021-ci il tarixli məktubunda da qeyd olunduğu kimi cavabdeh X7 “Yaşat Fondu”nun internet platformasındakı müraciətinə əsasən iddiaçının özünün razılığı ilə həmin vaxt iddiaçının da cavabdehlərlə birlikdə yaşadığı mənzilin yaxşılaşdırılması üçün verilmiş və təyinatı üzrə mənzilin yaxşılaşdırılmasına istifadə olunur. İddiaçı X5 şəhid olması ilə əlaqədar ailə üzvlərinə verilən 11 000 manat (on bir min) pulun iddiaçı və övladına 5500 manat, cavabdehlərə 5500 manat düşməli olduğu halda, cavabdehlərin ondan tələb etməsi ilə ona və övladına düşən 5500 manatdan 1500 manat hissəsini cavabdehlərə verdiyini göstərmişdir. Cavabdehlər həmin hallarla əlaqədar qeyd etmişdir ki, 11 000 manat Notariat qaydasında onlara çatası 5500 manat (beş min beş yüz) hissəsini almışdır. İddiaçı qeyd olunan halı təsdiq edəcək mötəbər sübut növləri təqdim etməmişdir. Bundan başqa dəfn pulu üçün verilmiş 3000 manatla bağlı məhkəmə qeyd edir ki, X12 Azərbaycan Respublikası suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş və onun dəfni üçün dövlət tərəfindən ayrılmış 3000 manat şəhid ailəsinə dəfn üçün verilmiş, şəhidin dəfni üçün istifadə olunmuşdur. İddiaçı iddia ərizəsində dəfn mərasimi zamanı yığılan məbləğin 40000 manat olmasını qeyd etsə də cavabdehlər dəfn mərasimində 3000-4000 manat yığılmasını və həmin məbləğin dəfn mərasimi üçün istifadə olunmasını qeyd etmişlər. İddiaçı iddiasında qeyd olunan halı təsdiq edəcək mötəbər sübut növləri təqdim etməmişdir. “Azərbaycan Respublkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 08.12.2020-ci il tarixli 1203 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazı bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərb əməliyyatlar bitdikdən sonra onun nəticələrinn aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlillyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə onların sosial müdafisəi sahəsində dövlət tərəfndən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır. Qeyd olunan fərmanla təsdiq edilən “Azərbaycan Respublkasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 3.1 və 3.2-ci bəndlərinə əsasən Fond tərəfindən şəxsə aşağıdakı fəaliyyət istiqamətləri üzrə əlavə dəstək onun müraciəti əsasında göstərilir, şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir: 1) şəhid ailəsi statusu alana və ya əlillyi müəyyən edilənədk götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması; 2) müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi; 3) təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi; 4) məişət şəraitinin yaxşılaşdırılması; 5) Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də hazırki mübahisə üzrə məhkəmə aparılmış araşdırmaya əsasən hesab edir ki, telefona münasibətdə hər bir tərəf öz tələb və etirazlarını sübut etməlidir. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən pul cavabdeh tərəfindən etiraf edilməmişdir. Ona görə ki, həmin pul vəsaiti iddiaçının razılığı ilə cavabdehlərə verilmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar