Məhkəmə qərarları › İş №2(044)-1487/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1487/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1487/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-ninCavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC-tiCavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İMEİ kodu **********27514 Xiomi Mİ A2 Lite telefon, SanDisk Ultra Micro üçün əsas borc 608 manat, cərimə (dəbbə) 137 manat, LG markalı soyuducu üçün əsas borc 1998 manat, cərimə (dəbbə) 400 manat, İMEİ kodu **********30224 Sony Xperia XA1 Ultra telefon, 2 ədəd Power Bank Mİ 10000, Headphones Samsung qulaqcıq üçün əsas borc 648 manat, cərimə (dəbbə) 194 manat, ümumilikdə 3985 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxx MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeharasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********27514 Xiomi Mİ A2 Lite telefon, SanDisk Ultra Micro, LG markalı soyuducu, İMEİ kodu **********30224 Sony Xperia XA1 Ultra telefon və 2 ədəd Power Bank Mİ 10000, Headphones Samsung qulaqcıqalmış, nəticədə 3985 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 394 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli 00405325 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh İMEİ kodu **********27514 Xiomi Mİ A2 Lite telefon, SanDisk Ultra Micro satılmışdır. xx.xx.2019-cu il tarixli 00486467 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh LG markalı soyuducu satılmışdır. xx.xx.2019-cu il tarixli 00535677 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh İMEİ kodu **********30224 Sony Xperia XA1 Ultra telefon və 2 ədəd Power Bank Mİ 10000, Headphones Samsung qulaqcıq satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İMEİ kodu **********27514 Xiomi Mİ A2 Lite telefon, SanDisk Ultra Micro üçün əsas borc 608 manat, cərimə (dəbbə) 5 manat, LG markalı soyuducu üçün əsas borc 1998 manat, cərimə (dəbbə) 10 manat, İMEİ kodu **********30224 Sony Xperia XA1 Ultra telefon, 2 ədəd Power Bank Mİ 10000, Headphones Samsung qulaqcıq üçün əsas borc 648 manat, cərimə (dəbbə) 5 manat, ümumilikdə 3274 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İMEİ kodu **********27514 Xiomi Mİ A2 Lite telefon, SanDisk Ultra Micro üçün əsas borc 608 manat, cərimə (dəbbə) 5 manat, LG markalı soyuducu üçün əsas borc 1998 manat, cərimə (dəbbə) 10 manat, İMEİ kodu **********30224 Sony Xperia XA1 Ultra telefon, 2 ədəd Power Bank Mİ 10000, Headphones Samsung qulaqcıq üçün əsas borc 648 manat, cərimə (dəbbə) 5 manat, cəmi 3274 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar