Məhkəmə qərarları › İş №2(044)-1490/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1490/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1490/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-nincavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC-ti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Gorenje markalı kondisioner üçün ödənilməmiş hissə 880 manat, dəbbə pulu 281 manat, cəmi 1161 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxxxxxxxxx MMC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, cavabdeh Qasımov X3 markalı kondisioner almış, müqavilənin təmini kimi bank ilə Cavabdeh1 oğlu arasında zaminlik müqaviləsi bağlanmış və nəticədə cavabdehlərin 1161 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 992 manat təşkil edir. Cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilə bağlanmış müqaviləyə əsasən o, Gorenje markalı kondisioner almış və Cavabdeh1 oğlu arasında zaminlik müqaviləsi bağlanmış və onun tərəfindən cəmi 992 manat məbləğində ödəniş edilmişdir. Hazırda onun iddiaçıya 1161 manat məbləğində borcu vardır.O, təqaüdçüdür, onun tərəfindən ilk aylar ödənişlər olunmuş, lakin sonradan xəstəliyi ilə bağlı maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, iddiaçıya olan borcunu hissə-hissə ödəyə bilər. Cavabdeh1 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli K00196627 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh2 Gorenje markalı kondisioner satılmışdır. xx.xx.2018-ci il tarixli K00196627 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin təmini kimi bank ilə cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada əsas borc üzrə 880 manat, cərimə (dəbbə) 5 manat, cəmi 885 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlundan müştərək qaydada əsas borc üzrə 880 manat, cərimə (dəbbə) 5 manat, cəmi 885 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar