Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-151/2022 05.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 11000 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh 11000 manat pulun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh X8 ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. X8 ondan ümumilikdə 11.000 manat pul alaraq iddiaçının əvvəllər onlardan aldığı obyektdən əlavə obyektin ətrafında olan torpaq sahəsini, hamamı, yapışıqlı damı və navesi də iddiaçıya satmışdır. Bir müddət sonra X8 vəfat etdiyindən həmin sahələri ona satmaq öhdəliyini icra edə bilməmiş və iddiaçı ona verdiyi pulu hələ də onlardan ala bilməmişdir. Hazırda cavabdeh onun ərinin aldığı pulun əvəzində götürdüyü öhdəliyini könüllü şəkildə icra etmədiyindən o, X5 hüquqi varisi olaraq Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Cavabdeh həmin pulu qaytarmaqdan imtina edir. Halbuki o, cavabdeh X5 vərəsəsidir və nikah dövründə əldə edilmiş əmlakda, yəni miras qalmış evdə yaşayır. Cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı yazılı etiraz ünvanlayaraq iddianı qəbul etmədiyini qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək cavabdeh kimi onu göstərməsinə baxmayaraq, X3 11.000 (on bir min) manat pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini qəbul etmir və iddia ərizəsini ədalətsiz, qərəzli və təxribat xarakterli hesab edir. Belə ki, iddiaçı pul tələbi ilə əlaqədar olaraq 01 oktyabr 2020-ci il tarixdə Gəncə şəhəri, Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ondan 3419 (üç min dörd yüz on doqquz) manat məbləğində pulun alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı irəli sürdüyü tələblə bağlı hər hansı mötəbər maddi sübut təqdim edə bilməmişdir. Ona görə də, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-436/2021 saylı 19 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehin ona qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Çox maraqlıdır ki, cavabdehin hər iki iddia ərizəsində guya onun obyektinin arxasında yerləşən dam və naves üçün ona 3419 (üç min dörd yüz on doqquz) manat məbləğində pul verdiyini iddia etmişdir. Hazırki “iddia ərizəsində” isə güya əri mərhum X8 “iddiaçıdan” dam, hamam və naves üçün ondan 11.000 (on bir min) manat almışdır.Əvvəla adı çəkilən naves, dam və hamam həmin ünvanda yaşayan sakinlərin ümumi istifadəsindədir və satıla bilməz. İddia tələbi şər, böhtan və şantaj xarakterlidir. İddiaçının belə tələblərlə çıxış etməsi, onun özünə məxsus olmayan ərazidə qeyri-qanuni inşaat işləri aparmasıdır. Belə ki, mərhum əri X2 şəhəri, Səbuhi Xasayev küçəsi 41 A ünvanda yerləşən ümumi sahəsi 12,4 kv.m olan qeyri-yaşayış binasını 11 iyun 2019-cu il tarixdə “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə” əsasən İddiaçı satmışdır. X1 ağır xəstəliyi ilə əlaqədar olaraq ailəlikcə Bakı şəhərinə gedərək onun müalicəsi ilə məşğul olmuşlar. Onların orada olmadığından istifadə edərək, İddiaçı satın aldığı 12.4 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini sökdürərək, yenidən tikintiyə başlamış və tikintinin sahəsini 40 kv.m-ə çatdırmışdır. Bu azmış kimi hətta 2-ci mərtəbəni də tikdirərək, Şeyx Bahəddin küçəsi 38 ünvanın balansında olan torpaq sahəsini zəbt etmiş və yaşayış binasında faktiki olaraq rütubət yaranmasına səbəb olmuşdur. Eyni zamanda ikinci mərtəbənin qapısı bir başa onun mətbəxinə açılır. Bu qeyri-qanuni hərəkətinə görə ona etiraz etmişlər. Bu barədə müxtəlif dövlət qurumlarına müraciət edərək İddiaçı qeyri-qanuni hərəkətlərinin qarşısının alınmasında köməklik göstərilməsini xahiş etmişlər. Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən yaradılmış komissiya yerində baxış keçirərək 18 fevral 2021-ci il tarixdə Ne Ə-38-149 saylı məktuba əsasən İddiaçı barəsində qanunsuz tikinti işi apardığına görə İnzibati Xəta haqqında 14 mart 2021-ci il tarixdə MN № ******* saylı Protokol tərtib etmişdir. Sonra İddiaçı müraciəti ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, Şeyx Bahəddin küçəsi 38 ünvanın sakinlərinin imzası ilə 23 aprel 2021-ci il tarixdə akt tərtib edilmişdir. Həmin aktda ona məxsus ticarət obyekti sənəd üzrə 12.4 kv.m olmasına baxmayaraq bina sökülərək yenidən hər mərtəbəsi 40 kv.m olmaqla 2 mərtəbəli qeyri-yaşayış binası inşa edilməsi öz əksini tapmışdır. İddiaçı bu qeyri-insani və qeyri-səmimi hərəkəti ümumiyyətlə heç bir çərçivəyə sığmır. Bu hərəkətləri ilə o, hesab edir ki, İddiaçı niyyəti onların qeyri-qanuni tikintini sökdürmək istəklərindən əl çəkdirməkdir, haqq ədalət öz yerini tapmalıdır və təkcə İddiaçı şəxsi mənafeyi üçün ümumi istifadədə olan sahənin sahibləri əziyyət çəkməməlidirlər. İddia ərizəsi formal mülahizələr əsasında şər, böhtan xarakterli olduğundan iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmiş və nə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə qarşı cavabdeh tərəfindən verilmiş etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazını, təqdim edilmiş və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan 02.06.2019-cu il tarixli qəbzdən görünür ki, X2 ş. M.Rəhimov küç., bina 5, mənzil 8-də yaşayan tanışı İddiaçı satdığı S.Xasıyev 41a-da yerləşən obyektin arxasında olan torpaq yerini İddiaçı 2500 manata satıb pulunu aldığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 15.05.2019-cu il tarixli qəbzdən görünür ki, X2 ş. M.Rəhimov küç., bina 5, mənzil 8-də yaşayan tanışı İddiaçı satdığı S.Xasıyev 41a-da yerləşən obyektin yanında olan torpaq yerini İddiaçı 2000 manata satıb pulunu aldığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 21.04.2019-cu il tarixli qəbzdən görünür ki, X2 ş. M.Rəhimov küç., bina 5, mənzil 8-də yaşayan tanışı İddiaçı satdığı S.Xasıyev 41a-da yerləşən obyektin yanında olan hamamı və ona yapışıqlı damı İddiaçı 3000 manata satıb pulunu aldığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 15.02.2019-cu il tarixli qəbzdən görünür ki, X2 ş. M.Rəhimov küç., bina 5, mənzil 8-də yaşayan tanışı İddiaçı satdığı S.Xasıyev 41a-da yerləşən obyektin arxasında 4/4-ə olan damını və 4/5-ə olan navesini İddiaçı 3500 manata satıb pulunu aldığını qeyd etmiş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli 2(044)-436/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2021-ci il tarixli 5/1366 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02.06.2019-cu il tarixli, 15.05.2019-cu il tarixli, 21.04.2019-cu il tarixli, 15.02.2019-cu il tarixli qəbzlərin üzərində olan imzalar və əl yazılar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdirlər, təqdim edilmiş 15.05.2019-cu il tarixli, 15.02.2019-cu il tarixli qəbzlərin üzərlərində əvvəl mətin çap edilmiş, sonra isə imzalar icra edilmişdirlər, təqdim edilmiş 02.06.2019-cu il tarixli, 21.04.2019-cu il tarixli qəbzlərin üzərlərində imzalar və çap mətni bir-birləri ilə kəsişmədikləri üçün ekspert qarşısında qoyulmuş 02.06.2019-cu il tarixli, 15.05.2019-cu il tarixli, 21.04.2019-cu il tarixli, 15.02.2019-cu il tarixli qəbzlərdəki imzalar həmin vərəqlərə mətndən əvvəl yoxsa sonra yazılmışdır, sualı üzrə tətqiqat aparılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2022-ci il tarixli 4/1757 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 41-44-cü vərəqlərində olan X4 02.06.2019-cu il tarixli 2500 manat, 15.05.2019cu il tarixli 2000 manat, 21.04.2019-cu il tarixli 3000 manat və 15.02.2019-cu il tarixli 3500 manata dair qəbzlərdə “İmza” qrafalarındakı imzalar- X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi qəbzlər X8 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğundan, X5 iddiaçı qarşısında heç bir öhdəliyi olmadığından iddia tələbi təmin olunmamalıdır. İddiaçı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatında X4 aldığı obyektdən əlavə obyektin ətrafında olan torpaq sahəsini, hamamı, yapışıqlı damı və navesi ona satması üçün 2019-cu ildə cavabdeh X7 ümumilikdə 11000 manat pul verdiyini bildirsə də, irəli sürdüyü tələblə bağlı istinad etdiyi hallara dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təqdim etdiyi qəbzlər əsasında 2019-cu ildə cavabdehin ondan pul alması öz təsdiqini tapmamışdır. İddiaçının özünün şifahi izahatı əsasında bu hal təsdiq edilə bilməz, iddiaçının izahatı iddianın təmin edilməsi üçün yetərli mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №2(044)-151/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-151/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver