Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1521/2021 29.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12.01.2017-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 300 manat alimentin məbləğinin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 12.02.2017-ci il tarixdə anadan olmuş X4 adlı bir uşaqları var və uşaq onun himayəsində yaşayır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli, 2(044)-830/2020 saylı qətnaməsinə əsasən Cavabdeh hər ay 1 uşağın saxlanması üçün hər ay 160 manat məbləğində alimentinm tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Uşağın saxlanmasında mddi çətinlik çəkir və cavabdeh isə könüllü olaraq uşaqlarına maddi yardım göstərməmişdir. Ona görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Daşkəsən rayonu Əhmədli kənd orta məktəbində tarix müəllimi işləyir, onun aylıq əmək haqqı 1000 manatdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı hazırda Bakı şəhərinə köçərək orada yaşayır, uşağı körpədir və Gəncə şəhərinə gediş-gəliş onun üçün çətin olduğundan 29.04.2021-ci il tarixdə keçiriləcək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, onun iddiaçı ilə birgə nikahlarından 12.02.2017-ci il tarixdə anadan olmuş X4 adlı bir uşaqları var və o, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli qətnaməsinə əsasən 12.02.2017-ci il tarixdə anadan olmuş X1 üçün hər ay 160 manat məbləğində aliment ödəyir. İddia ərizəsində göstərilən məbləğ ilə razı deyildir. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli 2(044)-830/2020 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.08.2018ci il tarixli 2(044)-3508/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, 12.01.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. 19.07.2018-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahları 19 iyul 2018-ci il tarixdə 188 saylı akt qeydi ilə pozulmuşdur. 01.05.2017-ci il tarixdə Gəncə “ASAN Xidmət” qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 birgə nikahlarından 12 yanvar 2017-ci il tarixdə X4 anadan olmuşdur. 12.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Əhmədli Kənd R.Qurbanov adına ümumi orta məktəb tərəfindən verilmiş 92 saylı arayışdan görünür ki, Cavabdeh həqiqətən 2011-ci il tarixdən Daşkəsən rayon Əhmədli kənd R.Qurbanov adına ümumi orta məktəbində müəllim işləyir və onun aylıq əmək haqqı 441.33 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli 2(044)-830/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 12.01.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentinm tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 2040 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 12.03.2020-ci il tarixli 2(044)-830/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 12.01.2017-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimenti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 29.04.2021-ci il tarixli 2(044)-1521/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1521/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1521/2021
29.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver