Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1538/2020 29.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə , İddiaçı Cavabdeh qarşı “borcun qalıq hissəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh borcun qalıq hissəsi olan 1850 ABŞ dolları məbləğində pulun ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin atası X1 2005-ciildə ondan 4000 ABŞ dolları borc almışdır. O, həminpuldan 1400 ABŞ dollarını hissə-hissə onaqaytarmışdır. 2016-cı ilde onun borcu, 2600 ABŞ dollar borcu qalmışdır. xx.xx.2016-cı ildə o cavabdeh Arzuİbrahimov və onun atası Nəriman İbrahimovla görüşüb, öz aralarındamüqavilə bağlamışlar. Həmin müqavilədə Nəriman İbrahimov 2600dollar borcunu hissə-hissə ödəyəcəyi barədə öhdəlik götürmüş, onun oğlu Cavabdeh isə zamin şəklindəmüqavilədə qeyd etmişdir ki, əgər atası borcu qaytara bilməzsə, o, həminborcu hissə-hissə qayataracaqdır. Həmin müqaviləni 2 nüxsədətərtib etmişlər. Müqavilənin biri onda, digeri isə cavabdehdə qalmışdır.Cavabdeh və onun atası həmin borcdan hissəhissə qaytarmaqla,axırıncı dəfə ona 2019-cu ilin dekabr ayında 50 ABŞ dolları pulverməklə, borclarından 750 ABŞ dolları ödəmişlər.Hazırda onların 1850 ABŞ dollar borcları qalmışdır.Cavabdehin atası Nəriman İbrahimov 1 ildən artıqdır ki, vəfatetmişdir. Onun vəfatından sonra, oğlu Cavabdeh cəmi bir neçədəfə ödəniş etmişdir.Baxmayaraq ki, onlar cavabdehlərlə ayba-ay ödəmələrərazılaşmışlar, o, cavabdehlərdən dəfələrlə xahiş etsə də, onlartərəfindən könüllü olaraq ayba-ay ödəniş aparılmamışdır.Atasının ölümündən sonra Cavabdeh son aylar ödəniş etməkdən imtina etdiyini bildirdi. Odur ki, bu tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli imzalı əlyazmadan görünür ki, iddiaçı X2 və Cavabdeh 2600 ABŞ dolları pulu hissəhissə qaytarmaq şərti ilə vermişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində göstərilənlərə uyğun izahat verərək tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh onun iddiaçıya 1850 ABŞ dolları borcunun qaldığını etiraf edərək, məhkməyə bu barədə yazılı ərizə təqdim edir. İddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 5.4-cü maddəsinə əsasən Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Qeyd edilən Məcəllənin 52.2-ci maddəsinə əsasən isə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən isə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 106-cı maddəsinin tələblərinə əsasən isə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə araşdırılması zamanı cavabdeh iddianın etirafın edilməsinə dair məhkəməyə yazılı ərizə vermiş, onun etirafı məhkəmə iclas protokoluna qeyd edilmiş və cavabdehə hüquq və vəzifələri, o cümlədən iddianın etirafının hüquqi nətixələri izah edilərək protokol cavabdeh tərəfindən imzalanmışdır. Bu zaman faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsi kimi hallar müəyyən edilməmişdir. Ona görə də həmin faktların ümumi qaydada sübut olunmasını və mübahisəyə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini məhkəmə zəruri hesab etməmişdir. Belə ki, MPM-nin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməli və iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının ödədiyi 30 manat məbləğində dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1850 ABŞ dolları pul qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1850 ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanmaqla alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: i Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1538/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1538/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver