Məhkəmə qərarları › İş №2(044)-1542/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1542/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1542/2020 02.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdehqarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehqarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 (üç min beş yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onu işə düzəltmək adı ilə ondan 2017-ci ildə əvvəl 1500 (min beş yüz) manat, sonra isə iki dəfəyə 1000 (min) manat olmaqla, cəmi 3500 (üç min beş yüz) manat pul almış, lakin onu işə düzəldəcəyinə söz versə də, cavabdeh ondan aldığı 3500 manatı özünə xərcləmiş və hazırkı vaxtadək ona olan 3500 manat pul borcunu qaytarmamışdır. Cavabdeh ona olan borcunu inkar etməsə də, müxtəlif bəhanələrlə ona olan borcunu qaytarmaqdan yayınır. Cavabdeh onun saf insan olmasından istifadə edərək, onun pulunu mənimsəmiş, daha sonra onun adına “xxxxxxxxxxxx” ASC-dən kredit götürmüş və onu da ödəməmişdir, hazırda həmin pul onun pensiyasından tutulur. O, uzun müddət torpaqlarının müdafiəsi uğrunda döyüşmüş, hal-hazırda Qarabağ əlilidir və dolanışığı Dövlətin ona təyin etdiyi pensiya hesabınadır. Cavabdeh ona olan borcunu qaytarmadığından o, məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsi ilə qismən razıdır və onun İddiaçı 2000 manat borcu vardır, maddi imkanı olmadığından vaxtında qaytara bilməmişdir. Hazırda məhkəmə tərəfindən ona vaxt verilərsə o, iddiaçıya olan 2000 manat borcunu bir ay müddətinə qaytaracaqdır. Məhkəmə tərəflərin zahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış materialda Cavabdeh əməlində cinayət tərkibi olmadığından HK-1/160 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətini təşkil edən 2000 (iki min) manat pulu Cavabdeh şərtləşdirilmiş müddətdə qaytarmadığından, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Bununla da iddiaçı qanunsuz sahiblikdən öz əmlakını geri tələb etməkdə haqlıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə o, risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, iddiaçının mülkiyyət hüququ müdafiə edilməli və Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar