Məhkəmə qərarları › İş №2(044)-155/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-155/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-155/2022 24.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh və 3-cü şəxs X4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh və 3-cü şəxs X4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, fərdi yaşayış evinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2015-ci il tarixli 571 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 03.06.2021-ci il tarixinə olan 46585.99 manat əsas borc, 4400.07 manat faiz borcu, cəmi borc 50986.06 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 06.05.2015-ci il tarixli 571 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracdan satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 may 2015-ci il tarixli 571 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 (üç yüz) ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kreditin təmini kimi Cavabdeh 06 may 2015-ci il tarixdə "xxxx" ASC ilə və satıcı X3 571 nömrəli alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı Gəncə şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş 05.05.2015-ci il tarixli arayışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi, 73 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, 2 otaqlı ümumi sahəsi A-83.9 kv.m, o cümlədən yaşayış sahəsi 45.2 kv.m olan, tikilialtı sahələri B-mətbəx- 4.9 kv.m-dən ibarət olan 1 mərtəbəli fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 28.02.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 65.000 (altmış beş min) manatdır, fərdi yaşayış evinin dəyərinin 15.000 min manatı Alıcı-ipoteka qoyanın özü tərəfindən, 50.000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 06.05.2015-ci il tarixli, 571 nömrəli kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı- İpoteka qoyan satılan fərdi yaşayış evini bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 06.05.2015-ci il tarixli, 571 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 385.91 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin 06.05.2015-ci il tarixli, 571 nömrəli kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə Kreditor-İpoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Cavabdehin 03.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 46585.99 (qırx altı min beş yüz səksən beş manat, doxsan doqquz qəpik) manat, faiz borcu 4400.07 (dörd min dörd yüz manat, yeddi qəpik) manat təşkil edir. Beləliklə cavabdehin 03.06.2021-ci il tarixinə cəmi borcu 50986.06 (əlli min doqquz yüz səksən altı manat, altı qəpik) manat təşkil edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və 3-cü şəxs X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 06.05.2015-ci il tarixli 571 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 300 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. 06.05.2015-ci il tarixli 571 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi bank ilə alıcı Cavabdeh satıcı X3 arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. 23.06.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 2ayış evi və 0.06 ha torpaq sahəsi ilə birgə "xxxx" ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. 07.05.2015-ci il tarixdə X6 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, ünvan 2ayış evinnin Cavabdeh adına alınmasına və ipotekaya qoyulmasına etiraz etmir. Bununla əlaqədar gələcəkdə heç bir iddia və tələbi olmayacaq. 27.05.2015-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2ayış evi Cavabdeh adına qeyd edilmişdir. "xxxx" MMC-nin 24.12.2021-ci il tarixli 128 saylı rəyindən görünür ki, ünvan 2ayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 65000 (altmış beş min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06.05.2015-ci il tarixli 571 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh əsas borc üzrə 46585.99 manat, faiz borcu üzrə 4400.07 manat, cəmi borc 50986.06 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına banka olan borc ödənilməli, ipoteka predmeti satıldıqdan 1 ay sonra həmin əmlakla boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC-ti ilə Cavabdeh arasında bağlanmış 06.05.2015-ci il tarixli 571 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc üzrə 46585.99 manat, faiz borcu üzrə 4400.07 manat, cəmi 50986.06 manat və ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracda satılsin. İlkin satış qiyməti 65000 (altmış beş min) manat dəyərində qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin satışdan əldə olunmuş vəsait hesabına banka olan cəmi borc 50986.06 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, bildirişin qeydə alınması üçün ödənilmiş 70 manat iddiaçı "xxxx" ASC-nə ödənilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi satıldıqdan 1 ay sonra boşaldılsın. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar