Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1550/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 22.08.2006-cı il təvəllüdlü X1 üçün hər ay 250 manat alimentin məbləğinin artırılaraq tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə birgə nikahdan 24.02.2002-ci il tarixdə X6 və 22.08.2006-cı il tarixdə X7 anadan olmuş, birgə nikahdan olan uşaqlar onun himayəsindədir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli 2(044)-1535/2020 saylı qətnaməsi ilə cavadehdən bir uşaq üçün hər ay 160 manat aliment qət edilmişdir. Uşaqların saxlanmasında maddi çətinlik çəkir və cavabdeh isə könüllü olaraq uşaqlarına maddi yardım göstərmir. Ona görə də o, məcbur olub hazırda iddi ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh xxxxnda işləyir, aylıq əmək haqqısı 600 manatdır. X4 babası Quliyev Mahir tərəfindən bıçaqla qaraciyərinə xəsarət yetirilmiş, hər ay onun müalicəsi üçün 40 manat pul xərcəmək məcburiyyətində qalır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli 2(044)-1535/2020 saylı qətnaməsi ilə ondan hər ay 160 manat aliment tutulur. O, “xxxx” MMC-də frezləyici işləyir, aylıq 430 manat əmək haqqı alır, alimentin tutulduğu tarixdən bu günə qədər onun gəlirində hər hansı artım olmamışdır. O, hər ay 160 manatı çətinliklə ödəyir, alimentin miqdarının artacağı təqdirdə 160 manatdan artıq əlavə ödəniş edə bilməyəcəkdir. Sonda cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, cavabdeh mülki işə baxılmasını təkid etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan 22.08.2006-cı il tarixdə X7 adlı uşaqları vardır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2(044)- 1535/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 25 aprel 2002-ci il tarixdə, Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsində 141 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahıarından 24 fevral 2002-ci il tarixdə anadan olmuş X6 və 22 avqust 2006-cı il tarixdə anadan olmuş X7 nikahın pozulmasından sonra cavabeh Quliyeva (Allahverdiyeva) Günay Malik qızının himayəsində saxlanılması. İddiaçı Cavabdeh 24 fevral 2002-ci il tarixdə anadan olmuş X3 və 22 avqust 2006-cı il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05.08.2020-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment cavabdeh Quliyeva (Allahverdiyeva) Günay Malik qızının xeyrinə tutulması qət edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 21.03.2016-cı il tarixdə pozulmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Müdafiə Sənaye Nazirliyi “Şərq” İstehsalat Birliyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 aprel 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən “xxxx” MMC-də frezləyici peşəsində işləmiş, 2021-ci ilin son üç ayları üzrə əmək haqqısı yanvar ayı üzrə hesablanmış əmək haqqı 516.80 manat, fevral ayı üzrə 578.24 manat, mart ayı üzrə 537.89 manat olmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi Azərbaycan Beynəlxalq Bankının hesabdan çıxarışından görünür ki, Cavabdeh 01.10.2020-ci il tarixdən 27.04.2021-ci il tarixədək olan müddət ərzində gəlirində heç bir artım olmamışdır. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludular. Qeyd olunan normaların məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Hazırki halda isə alimentin tutuması ilə bağlı qətnamə çıxdığı 05.08.2020-ci il tarixli, 2(044)-1535/2020 saylı qətnaməsindən keçən 9 ay müddətində cavabdehin maddi vəziyyətində artımla bağlı dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh hətta hər ay 160 manat aliment ödəməyə çətinlik çəkir. Bundan başqa iddiaçı uşağın xəstə olduğunu və hər ay müalicə üçün 40 manat xərclədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçıya izah edilməlidir ki, 22.08.2006-cı il təvəllüdlü X2 yaranmış problemlə əlaqədar faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cavabdehin cəlb edilməsi ilə bağlı məhkəmədə ayrıca iddia qaldırmaq hüququ vardır. Məhkəmə uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdeh tərəfindən uşaqların saxlanılması üçün hər ay iddiaçıya cəmi 320 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin mövcudluğunu, alimentin tutulduğu tarixdən bu günə qədər 9 ay ərzində cavabdehin gəlirlərində artım olmadığını nəzərə alaraq hesab edir ki, Cavabdeh Malik oğlunun saxlanmasına görə tutulan alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1550/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1550/2021
04.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver