Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1569/2020 14.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı ASC-nın ləğvedici X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli 109.LN.1609.280414.R.00014 saylı istehlak kredit müqaviləsi və əlavə razılıq №2 üzrə əsas borc 240 manat, faiz borcu üzrə 6.42 manat, cəmi 246.42 manat və ödənilmiş 20.40 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş və xx.xx.2016-cı il tarixdə 02 saylı əlavə razılıq bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehə dəfəflərlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq banka olan borcunu ödəməmişdir. Cavabdehin banka olan borcu 246.42 manat təçkil edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayarq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli, 109.LN.1609.280414.R.00014 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC-ti tərəfindən Cavabdeh 36 ay müddətinə 2500 manat məbləğində kredit verilmiş və bu müqaviləyə 2 saylı əlavə razılıq bağlanmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka əsas borc əsas borc üzrə 240 manat, faiz borcu üzrə 6.42 manat, cəmi 246.42 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 109.LN.1609.280414.R.00014 saylı istehlak kredit müqaviləsi və 02 saylı əlavə razılıq üzrə əsas borc 240 manat, faiz borcu 6.42 manat, cəmi 246.42 manat və ödənilmiş 20.40 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutlmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 109.LN.1609.280414.R.00014 saylı istehlak kredit müqaviləsi və 02 saylı əlavə razılıq üzrə əsas borc 240 manat, faiz borcu 6.42 manat, cəmi 246.42 manat və ödənilmiş 20.40 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1569/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1569/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver