Məhkəmə qərarları › İş №2(044)-1571/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1571/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1571/2020 26.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə xx.xx.2014-cü il tarixli, 109.LN.1609.150514.R.00006 saylı istehlak krediti müqaviləsi, həmin müqaviləyə əlavə razılıq №1 və əlavə razılıq №2 üzrə 356.13 manat əsas borcun və ödənilmiş 20.40 manat dövlət rüsumunun barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 109.LN.1609.150514.R.00006 saylı istehlak krediti müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 24 faizlə 3290 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə xx.xx.2015-ci il tarixdə əlavə razılıq №1 və xx.xx.2016-cı il tarixdə əlavə razılıq №2 bağlanmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixə xx.xx.2014-cü il tarixli 109.LN.1609.150514.R.00006 saylı kredit müqaviləsi üzrə iddiaçıya borcu 356.13 manat təşkil edir. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Sonda iddiaçının nümayəndəsi iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək bildirdi ki, o, iddianı qəbul edir, lakin bir dəfəyə borcunu ödəməyə maddi imkanı yoxdur. Ona vaxt veriləcəyi təqdirdə o, ödənişlərini hissə-hissə edəcəkdir. Sonda cavabdeh iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 109.LN.1609.150514.R.00006 saylı istehlak krediti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh illik 24% dərəcəsi ilə 36 ay müddətinə 3290 manat məbləğində kredit verilmişdir. - xx.xx.2014-cü il trixli mədaxil üzrə kassa orderindən görünür ki, Cavabdeh 3007.6 manat pul almışdır. - xx.xx.2015-ci il tarixdə tərəflər arasında bağlanmış 109.LN.1609.150514.R.00006 saylı kredit müqaviləsinə əlavə razılıq №1-dən görünür ki, tərəflər arasındakı razılığa əsasən cədvəl dəyişdirilmişdir. - xx.xx.2016-cı il tarixdə tərəflər arasında bağlanmış 109.LN.1609.150514.R.00006 saylı kredit müqaviləsinə əlavə razılıq №2-dən görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən borcalana 95.9 manat məbləğində krediti restrukturizasiya edir və 33.53 manat məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə olunur, bununla ümimi kredit məbləği 1691.95 manat təşkil edir. Borcalan istifadə etdiyi kreditə görə illik 24 faiz ödəyir, birinci ödəniş xx.xx.2016-cı il, sonuncu ödəniş isə xx.xx.2017-ci il tarixdən gec olmayaraq həyata keçirilməlidir. - xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı ASC-yə 356.13 manat əsas borcu vardır. - xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 356.13 manat borcunu 5 gün müddətində banka ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət barədə məlumat verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20.40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 109.LN.1609.150514.R.00006 saylı kredit müqaviləsi, həmin müqaviləyə 1 və 2 nömrəli əlavə razılıqlar üzrə 356 (üç yüz əlli altı) manat, 13 (on üç) qəpik məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat 40 (qırx) qəpik dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar