Məhkəmə qərarları › İş №2(044)-1572/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1572/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1572/2020 21.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» MMC-ninCavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» MMC-tiCavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Samsung LED televizor üçün əsas borc 1278 manat,cərimə (dəbbə) 256 manat, LG paltaryuyan üçün əsas borc 1320 manat, cərimə (dəbbə) 198 manat, ümumilikdə 3052 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxxxxxxxxx MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeharasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən Samsung LED televizor və LG paltaryuyan almış, nəticədə 3052 manat məbləğində borcu yaranmışdır. Cavabdehin ödədiyi məbləğ cəmi 75 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 00545246 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh LG paltaryuyan satılmışdır. xx.xx.2019-cu il tarixli 00508734 saylı müqavilənin surətindən görünür ki, «xxxxxxxxxxx MMC-ti tərəfindən Cavabdeh əsasən Samsung LED televizor satılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 458.1-ci maddəsinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Samsung LED televizor üçün əsas borc 1278 manat, cərimə (dəbbə) 5 manat, LG paltaryuyan üçün əsas borc 1320 manat, cərimə (dəbbə) 5 manat, ümumilikdə 2608 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Samsung LED televizor üçün əsas borc 1278 manat, cərimə (dəbbə) 5 manat, LG paltaryuyan üçün əsas borc 1320 manat, cərimə (dəbbə) 5 manat, cəmi 2608 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx MMC-nin tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar