Məhkəmə qərarları › İş №2(044)-1578/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1578/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1578/2020 02.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulmasına, tələbin girov predmetinə yönəldilməsinə və digər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 2993.05 manat, faiz borcuna görə 181.98 manat, cəmi 3175.03 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələblərin xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ACS-nin Gəncə filialı ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı saxlanc girov müqaviləsi bağlanılaraq girov qoyulmuş aşağıda adları çəkilən qızıl-zinət əşyalarına yönəldilməsi (1 ədəd saat Polet- çəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583), həmin qızıl-zinət əşyalarının açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə cəmi 3175.03 manat borcun ödənilməsi, borc yetərli olmadığı halda qalan borcun cavabdehlər Cavabdeh ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi xx.xx.2020-ci il tarixli, 6639 saylı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək Cavabdeh iddiacı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə kreditə görə 2993.05 manat, faiz borcuna görə 568.68 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 3667.7 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tutmanın Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi (1 ədəd saat Polet- çəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583), bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə cəmi 3667.7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun İddiaçı ACS-yə ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 3700 manat məbləğində kredit verilmişdir. Həmin kredit üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə İddiaçı ASC-nin Gəncə filialı ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı saxlanc girov müqaviləsi bağlanaraq qızıl-zinət əşyaları (1 ədəd saat Poletçəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583) girov qoyulmuşdur. Kredit şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərini icarə edilməsindən qərəzli olaraq yayınmışdır. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsinin surətindən görünür ki, 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 3700 manat məbləğində kredit verilmişdir; xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı saxlanc girov müqaviləsinin surətindən görünür ki, 1 ədəd saat Polet- çəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583olan qızıl-zinət əşyaları girov qoyulmuşdur; İddiaçı ASCnin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdehnın xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı əsas borc üzrə 2993.05 manat, faiz borcuna görə 568.68 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 3667.7 manat borcu vardır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nü-ma-yən-dəsi X2 iddia tələbində göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təq-dim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə ala-raq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdı-rıl-masına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi tə-min olunmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh qarşı tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli maliyyə arayışından da görünür ki, Cavabdehnın əsas borc üzrə 2993.05 manat, faiz borcuna görə 568.68 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 3667.7 manat borcu vardır. Məhkəmə iddianın digər hissəsi ilə bağlı aşağıdıakıları qeyd edir: Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, kreditor İddiaçıASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsinə əsasən, borcalana illik 18 ay müddətinə, illik 30% ödəmək şərtilə 3700 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi xx xxxxxxxx 2019-cu il tarixdə bank ilə girov qoyan Cavabdeh arasında girov müqaviləsi bağlanmış, ona məxsus olan 1 ədəd saat Poletçəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583 qızıl-zinət əşyaları girov qoyulmuşdur. Borclu Cavabdeh kredit müaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən nəticədə onun yuxarıda göstərilmiş məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh ilə iddiaçı arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Məhkəmə iddia tələbinin Cavabdeh məxsus qızıl-zinət əşyalarına tutmanın yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, əldə edilmiş pul vəsaiti yetərli olmadığından tutmanın ümumi qaydada həyata keçirilməsinə dair hissəsini əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinin tələbinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2.ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə 2993.05 manat, faiz borcuna görə 568.68 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 3667.7 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutulmalı, tutma Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməli, (1 ədəd saat Polet- çəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583), bu əmlaklar hərracda satılmalı, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh tutularaq xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə cəmi 3667.7 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı ACS-yə ödənilməli, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh ümumi qaydada tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq Qət etdi: İddia təmin edilsin. Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə 2993.05 manat, faiz borcuna görə 568.68 manat, cərimə borcuna görə 105.97 manat, cəmi 3667.7 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh məxsus olan girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilsin (1 ədəd saat Polet- çəkisi 86 qram əyarı 583, 1 ədəd üzük-çəkisi 9.7 qram, əyarı 583). Həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə cəmi 3667.7 manat pul və 30 manat dövlət rüsumu İddiaçı ACS-yə ödənilsin, Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx xxxxxxxx 2019-cu il tarixli, GNLMB 8194 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh borcun qalığı ümumi qaydada tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar