Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1581/2020 30.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi ilə, İddiaçı «FİNCA Azerbaijan» Məhdud Məsuliyyətli QBKT-nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-ti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1911.00 manat, faiz borcu üzrə 502.12 manat, cərimə 83.12 manat, cəmi 2496.24 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «FİNCA Azerbaijan» MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi banbk ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və hazırda onun banka cəmi 2496.24 manat məbləğində borcu yaranmış, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcu ödəməmişdir. Məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1911.00 manat, faiz borcu üzrə 502.12 manat, cərimə 83.12 manat, cəmi 2496.24 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «FİNCA Azerbaijan» MMQBKT-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi Camal Orucov tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəklərini nəzərə alaraq iş üzrə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı «FİNCA Azerbaijan» MMQBKT-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli **********0118 saylı kredit müqaviləsinin surətindən görünür ki, «FİNCA Azerbaijan» MM QBKT-ti tərəfindən Cavabdeh2 18 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təmini kimi bank ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka əsas borc üzrə 1911.00 manat, faiz borcu üzrə 502.12 manat, cərimə 83.12 manat, cəmi 2496.24 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həmdə bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1911.00 manat, faiz borcu üzrə 502.12 manat, cərimə 5 manat, cəmi 2418.12 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MMQBKT-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 1911.00 manat, faiz borcu üzrə 502.12 manat, cərimə 5 manat, cəmi 2418.12 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» MMQBKT-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1581/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1581/2020
30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver