Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1583/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxx» KB X3 Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» KB ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 1986.85 manat, faiz borcu üzrə 135.94 manat, cərimə 1.23 manat, cəmi 2124.02 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxxxxx» KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 14534sGNDJ/19 saylı kredit müqaviləsinə əsasən ən çoxu 120 ay müddətinə 20000 manat məbləğədək krediti cavabdehə verə bilər və iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2019-cu il tarixində 36 ay müddətinə 2000 manat məbləğində kredit köçürülmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka xx xxx 2020-ci il tarixinə əsas borc üzrə 1986.85 manat, faiz borcu üzrə 135.94 manat, cərimə 1.23 manat, cəmi 2124.02 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2019-cu il tarixli 14534sGNDJ/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxx» KB ASC-ti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə ən çoxu 120 ay müddətinə 20000 manat məbləğədək krediti cavabdehə verə biləcəyi barədə 14534sGNDJ/19 saylı kredit müqaviləsi bağlanmış və «xxxxxxx» KB ASC-ti ilə Cavabdeh xx.xx.2019-cu il tarixində 36 ay müddətinə 2000 manat məbləğində kredit köçürülmüşdür. xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixinə banka olan borcu əsas borc üzrə 1986.85 manat, faiz borcu üzrə 135.94 manat, cərimə 1.23 manat, cəmi 2124.02 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 1986.85 manat, faiz borcu üzrə 135.94 manat, cərimə 1.23 manat, cəmi 2124.02 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 1986.85 manat, faiz borcu üzrə 135.94 manat, cərimə 1.23 manat, cəmi 2124.02 manat və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxxxxx» KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1583/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1583/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver