Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1618/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödədiyi artıq 2000 manatın cavabdehdən alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehdən iddiaçının X1 2013-cü ildə 7800 manat borc pul almışdır. X1 2016-cı ildə vəfat etmişdir. 2016-cı ilədək anası borcu ödəyirdi. Anasının vəfatından sonra hüquqi varisi kimi cavabdeh onu notariusa çağırtdırdı və notariusda verdiyi borcun ABŞ dolları ilə verildiyini deyərək 15.000 manat müqabilində müqavilə imzaladılar. 2019-cu ildə iddiaçı "xxxx" ASC-nin Gəncə filialından hər ay cavabdehə pul ödəyirdi. Bu barədə onun rəsmi qəbzləri var. Cavabdeh iddiaçını məhkəməyə verərək 15.000 manatı guya ödəmədiyini iddia etmişdir. Bu barədə qətnamə qət edilmişdir. Guya o, pulu ödəmir deyə məhkəmə ona 10 sutka həbs vermişdir. Halbuki o, pulu artıqlaması ilə ödəmişdir. O, cavabdehə borcundan əlavə, 2000 artıq pul ödəmişdir. Həmin pulun cavabdehdən alınıb ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddianı qəbul etmədiyini, İddiaçı artıq heç bir ödəniş əldə etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi X6 məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını təsdiq etmək isə cavabdehin üzərinə düşür. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Cavabdeh qarşı «artıq ödənilmiş pulun qaytarılması» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1618/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1618/2021
25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver