Məhkəmə qərarları › İş №2(044)-162/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-162/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-162/2022 02.02.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs X4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs X4 qarşı “kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2013-cü il tarixli 293 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 06.05.2021-ci il tarixinə olan 43805.91 (qırx üç min səkkiz yüz beş manat, doxsan bir qəpik) manat əsas borc, 3893.8 (üç min səkkiz yüz doxsan üç manat, səksən qəpik) manat faiz borcu, cəmi borc 47699.71 (qırx yeddi min altı yüz doxsan doqquz manat, yetmiş bir qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 manat bank xidməti haqqı, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirşin qeydə alınması üçün ödənilmiş rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan 15.03.2013-cü il tarixli 293 nömrəli ipoteka müqaviləsi əsasında mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.03 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması və həmin fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2013-cü il tarixli 293 nömrəli kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində "xxxx" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasında 3-cü binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125.1 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmiş, kreditin təminatı qismində Cavabdeh2 ilə 15.03.2013-cü il tarixdə "xxxx" ASC və borcalan Cavabdeh1 ilə 293 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinin 1-ci bəndinə əsasən ƏMDK-nin yanında DƏDRX-nin 18.01.2012-ci il tarixli, MA №0337094 saylı, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka qoyanın mülkiyyətinə verilmiş və fərdi yaşayış evinin satış qiyməti 65.000 (altmış beş min) manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişlər. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehin 06.05.2021-ci il tarixinə cəmi borcu 47699.71 (qırx yeddi min altı yüz doxsan doqquz manat, yetmiş bir qəpik) manat təşkil edir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3-cü şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin və 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 15.03.2013-cü il tarixli 293 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Gəncə-Göygöl avtomobil yolunun sol tərəfində "xxxx" MMC tərəfindən inşa olunan çoxmərtəbəli yaşayış binasında 3-cü binanın 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 125.1 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. 15.03.2013-cü il tarixli 293 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 verilmiş kredit müqaviləsinin təmini kimi bank ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin dəyəri tərəflər arasında 65000 (altmış beş min) manat məbləğində qiymətləndirilmişdir. 19.03.2013-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsi Bank "xxxx" ASC-nin hesabına ipoteka ilə yüklü edilmişdir. 15.03.2013-cü il tarixdə X5 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X1 Qabil Surxay oğluna məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.03 ha torpaq sahəsinin ipotekaya qoyulmasına razı olduğunu, bununla əlaqədar olaraq gələcəkdə heç bir iddia və tələbi olmayacağını bildirmişdir. "xxxx" MMC-nin 25.11.2021-ci il tarixli 106 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0.03 ha torpaq sahəsi ilə birlikdə likvid dəyəri 45000 (qırx beş min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin tələb hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi, hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2013-cü il tarixli 293 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 əsas borc üzrə 43805.91 (qırx üç min səkkiz yüz beş manat, doxsan bir qəpik) manat, faiz borcu üzrə 3893.8 (üç min səkkiz yüz doxsan üç manat, səksən qəpik) manat, cəmi 47699.71 (qırx yeddi min altı yüz doxsan doqquz manat, yetmiş bir qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 manat bank xidməti haqqı, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirşin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilə birlikdə 0.03 ha torpaq sahəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi təmin edilməli və həmin fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bank "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.03.2013-cü il tarixli 293 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 əsas borc üzrə 43805.91 (qırx üç min səkkiz yüz beş manat, doxsan bir qəpik) manat, faiz borcu üzrə 3893.8 (üç min səkkiz yüz doxsan üç manat, səksən qəpik) manat, cəmi 47699.71 (qırx yeddi min altı yüz doxsan doqquz manat, yetmiş bir qəpik) manat, ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, bildirşin qeydə alınması üçün ödənilmiş 70 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə 0.03 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. İlkin satış qiyməti 45000 (qırx beş min manat) dəyərində qiymətləndirilmiş Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə 0.03 ha torpaq sahəsinin satışdan əldə edilmiş pul vəsaiti hesabına cəmi 47699.71 (qırx yeddi min altı yüz doxsan doqquz manat, yetmiş bir qəpik) manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və 0.40 manat bank xidməti haqqı, bildirşin qeydə alınması üçün ödənilmiş 70 manat iddiaçı "xxxx" ASC-nə ödənilsin. Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ilə birlikdə 0.03 ha torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar