Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-163/2022 30.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı X1, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" KB ASC cavabdehlər X2, Zamin1 və Zamin2 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2dan müştərək qaydada iddiaçının xeyrinə 2313,33 manat əsas, 11,84 manat faiz cəmi 2325,17 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsindəki xüsusatları təsdiq edib, əlavə olaraq bildirmişdir ki, cavabdeh bankdan krediti şəxsi məqsədlər üçün götürmüş, kommersiya məqsədləri üçün götürməsini müqavilədə qeyd etməmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmiş, mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün bizneskredit götürmüş, sahibkarlıqla məşğul olduğuna dair VÖEN-i məhkəməyə təqdim etmişdir.Pandemeyaya və Vətən müharibəsinə görə o, banka vatıvaxtında ödənişlər edə bilməmişdir. Hal-hazırda mülki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmalarına baxmayaraq gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, 11.07.2019-cu il tarixli 723micGNDJ/19 saylı Əlavə Kredit müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı bank tərərfindən biznesin inkişafı üçün 10000 manat kredit verilmişdir. (VÖEN **********) Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı hüquqi şəxs, Cavabdeh isə vergi ödəyicisi olan fiziki şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə isə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinin tələblərinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə mülki işə kommersiya məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər X2, Zamin1 və Zamin2 qarşı kreditin, kredit faizinin və cərimənin ödənilməsi tələbinə dair 2(044)-163/2022 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-163/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-163/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver