Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1634/2021 14.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızına qarşı «istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızına qarşı «istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər, Nizami rayon, D.Bünyadzadə küçəsi, ev 63də yerləşən Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızı, X12 və Cavabdeh1 məxsus həyətyanı mənzildən onun və övladlarının istifadə və yaşama hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı məhkəmə iclasında bildirdi ki, o, 2002-ci ildə Cavabdeh1 ilə el adəti üzrə ailə qurmuş, keşmiş qaynanası Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızına məxsus Gəncə şəhəri, D.Bünyadzadə küçəsi, ev 63-də yaşamış və hal-hazırda o, və iki azyaşlı ovladları, keçmiş həyat yoldaşı həmin evdə qeydiyyatdadırlar. Onların nikahları Gəncə şəhəri Nizami Rayon Məhkəməsində 16.05.2019-cu il tarixli qətnaməsi ilə pozulmuş və övladları onunla qalması barədə qətnamə qəbul olunmuşdur. Ancaq ihazırkı vaxtadək cavabdeh ona nə aliment ödəmiş, nə yaşama hüquqlarını təmin etmiş nə də ki onunla yaşayan övladı üçün heç bir tədbir görməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvan ona məxsusdur. İddiaçı onun keçmiş gəlinidir. İddiaçı onun oğlu X10 ilə ailə qurmuş, ona məxsus mənzildə yaşamağa başlamış, sonradan onların birgə yaşamaları mümkün olmaması səbəbindən məhkəmə qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı uşaqları və əşyaları ilə birlikdə evdən çıxarılmaları qət edilmiş, Gəncə İnzibati Məhkəməsinin 17.03.2021-ci il tarixli qərarı ilə Səbinə və Ləman İbrahimovaların ona məxsus evdən pasport qeydiyyatından çıxarılmaları qərar alınmışdır. Hazırda həmin qətnamələr qanuni qüvvəsini almışdır. Məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında cavabdeh Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızı ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Gəncə İnzibati Məhkəməsinin 17.03.2021-ci il tarixli 2-1(114)-602/2021 saylı qərarının surətindən görünür ki, iddia təmin edilmiş, İddiaçı və X3 iddiaçıya məxsus ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02.09.2020-ci il tarixli 2(044)-584/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, cavabdeh İddiaçı, azyaşlı uşaqları X9 və X11 ilə birlikdə və cavabdeh İddiaçı məxsus- 1 yataq mebeli, 1 ədəd servant, 3 ədəd divan, 2 ədəd kreslo, 2 ədəd dəmir çarpayı, 2 ədədə kreslo, 1 ədəd soyuducu, qab-qacaqlarından ibarət cehiz və geyim əşyaları ilə birlikdə ünvan 2 ünvanda yerləşən evdən çıxarılmaları qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.05.2019-cu il tarixli 2(044)-613/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi yeni həcmdə təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında Gəncə şəhəri Nikah Evində 11.03.2013-cü il tarixdə 102 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 16.03.2004-cü il tarixdə anadan olmuş X9 və 11.04.2007-ci il tarixdə anadan olmuş X1 Səbinə Məzahir qızının himayəsində saxlanılması, 16.03.2004-cü il tarixdə anadan olmuş X3 və 11.04.2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 21.12.2018-ci il tarixdən başlayaraq, Cavabdeh1 hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. 17.05.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı birgə nikahlarından 11 aprel 2007-ci il tarixdə X11 anadan olmuşdur. İş materiallarında olan AA1298464 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 16.03.2004-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan ev-mənzil vərəqələri barədə sənədin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sahibi X6r. İş materiallarına əlavə edilmiş sənədlərdən, iddia ərizəsinin məzmunundan, həmçinin məhkəmə iclasında dindirilmiş tərəflərin izahatından məlum olur ki, iddiaçı Səbinə İsmayılova ilə Cavabdeh1 2002-ci il tarixdə ailə qurmuşlar, onların nikahları Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 13.05.2019-cu il tarixli 2(044)-613/2019 saylı qətnaməsi ilə pozulmuş və məhkəmənin 02.09.2020-ci il tarixli 2(044)-584/2020 saylı qətnaməsi ilə İddiaçı azyaşlı uşaqları X9 və X11 ünvan 2 ünvanda yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 17.03.2021ci il tarixli 2-1(114)-602/2021 saylı qərarı ilə İddiaçı və X3 iddiaçıya məxsus ünvan 2 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Göründüyü kimi, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X7 məxsusdur. Evin sahibi ilə iddiaçının qohumluq əlaqələri və digər bağlılıqları müəyyən edilməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını və köçürülməsini xahiş etmişdir. Beləliklə, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halları sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız iddiaçının iddia ərizəsində göstərdikləri olmuşdur. İddiaçının yazdıqlarına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, yuxarıda istinad olunan maddi hüquq normasının tələbi baxımından İddiaçı evin 25.05.1987-ci ildən evin sahibi olan X4 ailə üzvü hesab olunmur. Məhz bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin sahibi X4 ailə üzvü statusuna malik olmadığından iddia tələbi təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızına qarşı «istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia tələbinin hüquqi əsasları mövcud olmadığından təmin edilə bilməz. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1-ci, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədova (Kərimova) Gülnaz İsmayıl qızına qarşı «istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1634/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1634/2021
14.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver