Məhkəmə qərarları › İş №2(044)-1643/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1643/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1643/2020 08.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT «xxxxxxxx» MMC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT «xxxxxxxx» MMC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2016-cı il tarixli, LD**********5 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 355.41 manat və ödənilmiş 20 manat dövlət rüsumunun BOKT «xxxxxxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT «X3» MMC-nin Gəncə filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 17 ay müddətinə 509 manat məbləğində kredit verilmişdir. BOKT «X3» MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT «xxxxxxxx» MMC-yə satılmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin banka 355.41 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olanmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli, LD**********5 saylı kredit müqaviləsinin surətindən görünür ki, BOKT «xxxxxxxx» MMC-ti tərəfindən Cavabdeh 17 ay müddətinə 509 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixdə BOKT «xxxxxxxx» MMC-ti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixinə banka cəmi 355.41 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD**********5 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 17 ay müddətinə 509 manat məbləğində kredit verilmişdir. Müqavilə öhdəliyinə əməl edilmədiyinə görə cavabdehin xx.xx.2017-ci il tarixinə banka əsas borc üzrə 355.41 manat məbləğində borcu yaranmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh cəmi 355.41 manat və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cəmi 355.41 manat və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı BOKT «xxxxxxxx» MMC -nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar