Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1644/2021 08.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsızlığı tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 fevral 2018-ci il tarixdə Gəncə Asan Xidmət Mərkəzinin Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh Gəncə şəhərində faizlə, yəni sələm verməklə məşğuldur. İnsanlara dəyərindən aşağı pul verərək, 4-5 manat mislindən artıq pul yazdıraraq insanları məhv edir. Belə ki, o, Cavabdeh əsas aldığı borcu, eləcə də faizini qaytarmışdır. Cavabdeh ilə aralarında bağlanmış 19 fevral 2018-ci il tarixdə olan kredit müqaviləsində göstərilən 7200 manat məbləğində pulu o, Cavabdeh göstərilən məbləğdə almamışdır. Həmin ərəfədə atası yataq xəstəsi olduğuna görə dərmanlarına müalicəsinə təcili pul lazım olduğundan, həmin vaxtda maddi imkanı olmadığından o, məcburiyyət qarşısında qalıb Cavabdeh dediklərini etmiş, müqavilə bağlamış, müqaviləni cavabdehin özü yazmış, o, isə imzalamışdır. Bundan sonra onun atası rəhmətə getmiş, atasının dəfninə toplanmış pulun hamısını Akifə vermiş və borcunu bağlamışdır. Həmin ərəfədə o, düşünməmişdir ki, Cavabdeh onunla bağlı yenidən iddia qaldırar, yazdırdığı kredit müqaviləsində olan pulu ondan təkrar tələb edə bilər. Cavabdeh yazdırdığı və ondan aldığı pulu təkrar tələb etməyinin məqsədi isə Kəlbəcərli olan Şirin adlı şəxslə Akifi tanış etdirən o, olmuşdur. Şirinə də Akif faizinə pul vermiş, Şirin müqavilə bağlamamış və həmin pulu da qaytarmadığına görə hazırda Cavabdeh bu yolla Şirindən alacağı pulu ondan almağa çalışır. Ona görə də formal olaraq bağlanmış kredit müqaviləsinin etibarsız hesab olunmasını tələb edir. X5 Xidmət Mərkəzində Notariat Kontorunda tərtib olunmuş kredit müqaviləsi formal bağlanmış Cavabdeh ona 7200 manat məbləğində pul verməsini təsdiq edəcək bir şey olmamışdır, çünki sonuncu ona həmin məbləğdə pul verməmişdir. Bundan başqa əgər 7200 manat pul verilirdisə Notariat Kontorunun o pulla bağlı müqavilə bağlanmasına haqqı yox idi, ona görə ki, əgər həqiqətən də 7200 manat məbləğində pul olsaydı, o pul hər hansı bir bankın depozitinə göndərildikdən sonra rəsmi qəbzlə o, götürməli idi. Kredit müqaviləsi onların arasında tərtib olunsa da, kreditdən söhbət gedə bilməz. Əgər Cavabdeh kredit müqaviləsi bağlatdırmışsa, o zaman Cavabdeh vergi ödəyicisi olmalıdır, müvafiq rüsum dövlətə ödənilməlidir. Lakin buna baxmayaraq Cavabdeh insanlara sələm verərək, insanları aldadır. O, müqavilə üzrə borcunu tam şəkildə ödədiyi üçün kredit müqaviləsinin etibqarsız hesab edilməsini tələb edir. Sonda iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının iddiası cəfəngiyyatdır. Belə ki, sonuncu iddiasında ondan heç bir pul almadığını, daha sonra isə ona faizlərlə birgə pulu qaytardığını bildirmişdir. Əgər borc pul almayıbsa, onda ona niyə pulu qaytarıb sualı yaranır. Əgər pulu qaytarıbsa harda, hansı tarixdə qaytardığı sualı yaranır. Hər bir halda iddiaçı notarial qaydada öz razılığı ilə 7200 manat pulu aldığını və həmin pulu 2 il müddətinə qaytaracağını öhdəsinə götürmüş, lakin qaytarmamışdır. Həmçinin polis idarəsində izahat verərkən iddiaçı ondan 7200 manat borc aldığını etiraf etmişdir. Sonda cavabdeh iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - 19 fevral 2018-ci il tarixli notarial qaydada təsdiq olunmuş kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçı 7200 manat məbləğində pulu borc vermiş, İddiaçı həmin 7200 manat məbləğində borcu 19 fevral 2020-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürmüşdür. - Kəpəz RPİ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X1 icraatında olan HK- 1/2658 saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli qərardakı İddiaçı izahatından görünür ki, o, Cavabdeh Gəncə şəhəri, “Köhnə Kolxoz bazarı” adlanan yerdə 7200 manat borc pul almış, onun Cavabdeh 7200 manat borcu vardır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Çünki iddiaçı 7200 manat məbləğində pulun ona verilmədiyini, kredit müqaviləsinin formal olaraq bağlandığını bildirsə də, bu faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, iddiaçı 19.02.2018-ci il tarixli kredit müqaviləsini şəxsən imzalamaqla öz iradə ifadəsini göstərmişdir. Həmçinin 15.11.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardakı izahatında da iddiaçı cavabdehdən 7200 manat borc aldığını bildirmişdir. Bununla da iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilmədən cavabdehlə bağlanan kredit müqaviləsi üzrə pulun verilmədiyini və müqavilənin formal bağlandığını bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan başqa məhkəmə iclasındakı izahatında iddiaçı kredit müqaviləsi üzrə aldığı 7200 manat pulu tam şəkildə qaytardığı üçün kredit müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü fəslində əqdin etibarsızlığı üçün əsaslar (hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində, vacib əhəmiyyətli yanılmanın təsiri altında və s.) sadalanmış, həmin əsaslar da əqd üzrə öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məkhəmə hesab edir ki, iddia rədd edildiyi üçün ödənilmiş dövlər rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsinin etibarsızlığı tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1644/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1644/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver