Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1659/2021 22.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC (K@TV1)-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “(K@TV1)” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafuiq müqavilə bağlamadan qanunsuz olaraq qoşilma nəticəsində 73.50 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının, ümumilikə 243.90 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “(K@TV1)” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Teıeviziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22.08.2005-ci il tarixdə və 22.08.2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri yaşayış sahələrə kiabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkilir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən “xxxx” hüquq firması ilə 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.04.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh iddiaçı ilə Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2i tərəfindən verilən arayışa əsasən ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 20.01.2008-ci il tarixdə həmin ünvanda yaşayan Nəbiyeva Lalə ilə İddiaçı MMC arasında bağlanmış “(K@TV1)” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.03.2014-cü il tarixinədək etmiş və 11.05.2014-cü il tarixdə 21.30 manat borc ilə şəbəkədən ayrılmışdır. 30.10.2015-ci il tarixdə “xxxx” hüquq firmasının və “(K@TV1)” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 4488 saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 4488 saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 27.02.2015-ci il tarixdə baxış keçirilmişdir. Bununla da qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 09 (doqquz) manat, 01.09.2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir, yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi 27.02.2015-ci il tarixdən qanunsuz qoşulma faktı barədə aktın tətrib olunduğu 30.10.2015-ci il tarixə qədər olan müddət 245 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafi olaraq 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 73.50 manat təşkil edir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 tərəfindən 19.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə, işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edərək, eyni zamanda mülki iş üzrə iddianı müdafiə etdiklərini, cavabdehin məhkəmə iclasına gəlmədiyi təqdirdə mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirdi ki, o, iddia ərizəsi ilə razı deyildir. İddiaçı iddia ərizəsində göstərdiyi “xxxx” MMC tərəfindən nəzarət baxışı keçirilərək akt tərtib olunan zaman onların tərəfindən heç kim dəvət olunmamış və bir dəfə də olsa xəbərdarlıq edilməmişdir. İddiaçı MMC kabel şəbəkəsinə qoşulanda istifadəçi ilə müqavilə bağlanılır ki, həmin müqavilə təqdim edilməmişdir. Həmin yaşayış ünvanında televizor olmamış və yaşayış müvəqqəti olmuşdur. İddiaçı MMC 30.10.2015-ci il tarixdə ünvan 3 ünvana baxış keçirmiş, 4488 saylı akt tərtib olunmuş və məhkəməyə altı ildən sonra müraciət olunmuşdur. Məhkəmədən iddia müddətinin tətbiq olunmaqla iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, 30.10.2015-ci il tarixli 4488 AKT-ın surətidən görünür ki, Binəqədi rayonu, X7 küçəsi, 63 saylı ünvanda kabel şəbəkəsinəı nəzarət baxışı keçirən zaman, hıəmin binanın 55 saylı mənzilinin “KATV1” kabel şəbəkəsiə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olumasında mənzil sakinin iştirakını təmi etmək və tərtib olunmuş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüşlər və nəticədə qapını açan olmamış və aktın surətini mənzilin qapısına qoymuşlar. 19.07.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, 63 saylı binanın, 55 saylı məzilində yaşayan Lalə Nəbiyeva arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən20.01.2008-ci il tarixində bu ünvan KATV1 kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, 01.03.2014-cü il tarixinədək isə son ödəməsini etmiş, 11.05.2014-cü il tarixində 21.30 manat borc ilə şəbəkədən ayrılmışdır. 19.07.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X7 küçəsi, 63 saylı binanın, 55 saylı məzilinə dair 4488 N saylı akt tərtib olunana qədər sonuncu dəfə 27.02.2015-ci il tarixində həmin binaya baxış keçirilmişdir. 02.09.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il tarixdə anadan olmuş Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 21.05.2018-ci il tarixli 14-8/401 saylı arayışdan görünür ki, “xxxx” hüquq firması Binəqədi rayonu, M.Cəlal küçəsi, bina 63, 55 saylı mənzil MKİS-nin 2605 nömrəli şəxsi hesab kitabına əsasən mülkün sahibi Cavabdehdır. 05.02.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC-ti tərəfindən 150 manat məbləğində pul “xxxx” hüquq firmasının hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə) qeyd edilir ki, MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası MMnin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” İşin hallarından görünür ki, cavabdehin nümayəndəsi mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair məhkəməyə rəsmi ərizə vermişdir. Mülki iş materialları ilə müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi kredit müqaviləsi 07.06.2013-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Mübahisə müqavilə öhdəliklərindən əmələ gəldiyindən ona 3 illik iddia müddəti tətbiq olunmalıdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürmüşdür. İş məhkəmədə araşdırılarkən iddiaçı müddətin üzürlü səbəblərdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddia müddətinin ötürülməsi məhkəmə tərəfindən iddianın rədd edilməsi üçün əsas hesab edilir. Belə ki, iddiaçı tərəfindən tərtib olunmuş iddia ərizəsindən, eləcə də iş üzrə təqdim etdiyi sənədlərdən müəyyən edilidi ki, iddiaçı tərəf üzrə öz hüquqlarının pozulduğunu bilirdi və öz hüquqlarından istifadə edə bilərdi. Qeyd olunanlarla bağlı iddiaçı tərəfindən tərtib olunmuş iddia ərizəsinə münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iddia tələbi üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Bu mənada məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi məsələlərinə münasibət bildirilərkən ilk növbədə mübahisəli hüquq münasbətlərinin yarandığı vaxta xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinin tələbinə görə də, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı». İş üzrə toplanmış sənədlər ilə təsdiq olunur ki, cavabdeh tərəf iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin normannı aydınlaşdıran Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərmişdir ki, «Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir, 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir, 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Daha sonra Konstitusiya Məhkəməsi qeyd edir ki, «Məsələni adınlaşdırmaq üçün nəzərə alınmalıdır ki, iddia müddətinin tətbiqi ilə bağlı ərizə mahiyyətcə məhkəməyə ünvanlanmış, lakin işin həllinə yönəlmiş maddi – hüquq tələbidir. Maddi – hüquq tələbləri isə (məsələn, ilkin və ya qarşılıqlı iddia tələbləri) mövcud mülki prosessual qanunvericiliyin müddəalarına görə yalnız birinci instansiya məhkəməsində yazılı şəkildə verilə bilər». Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, hazırkı iddia tələbini irəli sürmək üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur, lakin məhkəmə hesab edir ki, qeyd olunan haldan asılı olmayaraq, iddiaçı öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu halda iddia tələbi ilə məhkəməyə müraciət etməmiş və bu səbəbdən də pul tələbinin irəli sürülməsi ücün iddia müddətini ötürdüyündən əsas öhdəlik üzrə və əlavə tələblər üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən olunan iddia müddəti açıq-aşkar ötürüldüyündən iddiaçi İddiaçı MMC (K@TV1)-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC (K@TV1)-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-1659/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1659/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver