Məhkəmə qərarları › İş №2(044)-1662/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1662/2020

01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1662/2020 01.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat X3 Qaz İstismarı idarəsinin əməkdaşları tərəfindən ona tərtib edilmiş ******* saylı xx.xx.2020 tarixli aktın ləğv edilməsinə, həmçinin 1296 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq edib bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 2 ünvanında çörək sexi işlədir. Həmin qeyri yaşayış sahəsində fəaliyyətə başlayarkən x xxxx 2017-ci il tarixində Cavabdeh İstehsalat X3 Qaz İstismarı İdarəsinin əməkdaşları ******* saylı akt əsasında mexaniki G6 28254445 saylı sayğacı fəaliyyət göstərdiyi çörək sexinə quraşdırmışlar. Sayğacın quraşdırıması üçün 580 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx xxxxxx 2019-cu il tarixində qazın təzyiqinin yüksək verilməsi səbəbində sayğacda şişmə baş vermişdir. O bu barədə dərhal Cavabdeh İsyehsalat X3 Qaz İstismarı idarəsinə məlumat vermişdir. xx xxxxxx 2019-cu il tarixində Cavabdeh İstehsalat X3 Qaz İstismarı idarəsinin əməkdaşları fəaliyyət göstərdiyi çörək sexinə gələrək ******* saylı akt tərtib edərək sayğacın blonpunu açıb ekspertizaya göndərilməsi məqsədi üçün aparıblar. Sayğac aparıldıqdan bir müddət sonra xx xxxx 2020-ci il tarixində Cavabdeh İstehsalat X3 Qaz İstismarı idarəsinin əməkdaşları onun fəaliyyət göstərdikləri çörək sexinə gələrək ******* saylı akt tərtib edərək 1296 manat cərimə yazmışlar. Səbəbini Cavabdeh İstehsalat X3 Qaz İstismarı idarəsinin əməkdaşlarından soruşduqda bildirmişlər ki, sayğaca müdaxilə edilib bu səbəbdən sayğacın mexanizm hissəsi gövdədən aralanıb. Qeyd etmişdir ki, sayğac qaz idarəsinin əməkdaşları tərəfindən sökülərkən heç bir müdaxilə aşkar edilməmişdir. Həmçinin Cavabdeh İstehsalat X1 xx xxxxxx 2020-ci il tarixli qeyriəhali qaz sayğacının yoxlanması haqqında MSK-29/1640-02801-09 saylı aktına əsasən G6 smart-kart tipli qaz sayğacına müayinə labaratoriyasında baxış keçirilmişdir.Yoxlamanın nəticəsi müəyyən olunmuşdur ki, qaz sayğacının yararsız hala düşməsi kənar müdaxilədən yox qazın təzyiqindən olmuşdur. Belə ki, yoxlamada qeyd edilmişdir ki, sayğac yoxlanarkən klapan bağlı olmuş, təzyiq nəticəsində sayğacın gövdəsi şişmiş və nəticədə qoruyucu örtük alt hissədən gövdədən aralanmış, çıxış plasmas borusu kənar təsir nəticəsində deşilmişdir. xx xxxxxx 2020-ci il tarixli müayinə aktından görünür ki, sayğacın blonpuna müdaxilə olunmamışdır. Çıxış plasmas boru və qazın təziqindən deşilib və yaxud sayğac quraşdırılarkən sayğac yararsız vəziyyətdə olmuşdur. Həmçinin bü gün belə onun qaz sərfiyyatında heç bir artım və yaxud azalma baş verməmişdir. Hesab edir ki, tərtib olunmuş akt və cərimə qanunsuzdur və ləğv olunmalıdır. Məhkəmə iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X4 bildirmişdir ki, sayğac labarotoriyada yoxlanıldıqdan sonra sayğacın plasmas hissəsində deşik müəyyən olunmuşdur. Buna görədə əməkdaşlar tərəfindən akt tərtib olunub cərimə yazılmışdır. Məhkəmə iclasında işə mahiyyəti üzrə baxılarkən İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu, Cavabdeh İstehsalat Birliyinin hüquqi şəxs olduğu və mübahisə predmetinin iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi çörək sexinə quraşdırılmış qaz sayğacı ilə bağlı olduğu müəyyən olunmuşdur. Məhkəmə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alaraq hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, cavabdeh isə hüquqi şəxs olduğundan və tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair 2(044)- 1662/2020 saylı mülki iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində X6 Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar