Məhkəmə qərarları › İş №2(044)-1664/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1664/2021

21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1664/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması haqqında tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12.01.2015-ci il tarixli **********95414 №-li Kredit müqaviləsi üzrə bank qarşısında 2633,16 manat məbləğində 12.01.2018-ci il tarixinə qədər hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği, 4200,82 manat məbləğində 12.01.2018-ci il tarixdən 11.02.2019-cu il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanmış zərərin (əldən çıxmış faydanın) əvəzi, 6095,73 manat məbləğində 11.02.2019-cu il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış penya, cəmi 12929,71 manat vəsaiti və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 10 manat məbləğində çəkilmiş xərc Cavabdeh iddiaçı ASC “Xalq” Bankın xeyrinə tutulması, İddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi V.İ.Sofuyev məhkəməyə ərizə göndərək, Cavabdeh tərəfindən 12000 manat ödəniş edildiyi üçün iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmasını və mülki işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Bank tərəfindən verilən ərizədəki xüsatları təstiq edib iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə verərək iddiaçı “xxxx” ASC-nin ona qarşı qaldırdığı iddia ərizəsinin baxılmamış saxlanılmasına etriraz etmədiyini bildirmiş və iddiaçı tərəfindən verilmiş vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin nümayəndəsinin ərizəsi təmin edilsin. iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması haqqında tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar