Məhkəmə qərarları › İş №2(044)-1665/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1665/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1665/2021 07.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsi üzrə 649.26 manat əsas borc, 1.55 manat faiz borcu, 1.71 manat cərimə və kredit müqaviləsi üzrə 29.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 106.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 758.97 manat borcu və 24 sentyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsi üzrə 139.78 manat əsas borc və kredit xətti müqaviləsi üzrə 29.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 18.7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 158.48 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-dən illik 1 faizlə 60 ay müddətinə 666.09 manat və 24 sentyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 0 faizlə 25 ay müddətinə 300 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci ilin mart ayının 29-dək Cavabdeh banka 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsi üzrə 649.26 manat əsas borc, 1.55 manat faiz borcu və 1.71 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 652.52 manat borcu və 24 sentyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsi üzrə 139.78 manat əsas borcu olmaqla ümumilikdə cəmi 139.78 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bundan başqa 29 mart 2021-ci il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730- 15 nömrəli kredit müqaviləsi üzrə banka 649.26 manat əsas borc, 1.55 manat faiz borcu və 1.71 manat cərimə və kredit müqaviləsi üzrə 29.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 106.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 758.97 manat borcu və 24 sentyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsi üzrə 139.78 manat əsas borc və kredit xətti müqaviləsi üzrə 29.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 18.7 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 158.48 manat borcu vardır. Kredit müqavilələrinin qüvvədə olduğu müddətdə və kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən hazırki vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 10-Y- 5-0-730-15 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə illik 1 faizlə 666.09 manat kredit vermişdir; 24 sentyabr 2014-cü il tarixli 10-Y-4-0-1965-14 nömrəli kredit xətti və bank hesabı müqaviləsi əsasən "xxxx" İKB ASC tərəfindən Cavabdeh illik 0 faizlə 25 ay müddətinə 300 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsinə əsasən banka 649.26 manat əsas borc, 1.55 manat faiz borcu, 1.71 manat cərimə, 106.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 652.52 manat borcu və 24 sentyabr 2014cü il tarixli müqaviləyə əsasən 139.78 manat əsas borc, 18.7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 158.48 manat borcu yaranmışdır. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək, hər iki müqavilə üzrə iddia tələbini əsas borc, faiz və cərimə borcu hissəsində qəbul etdiyini, iddia tələbini qalan hissədə isə qəbul etmədiyini bildirmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, cavadeh Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə tam sübut olunduğundan iddia qismən təmin edilməli, cavabdeh üzərinə düşən öhdəliyi icra etməli, yəni kredit borcu, ona hesablanmış faiz və cərimə borcunu, eləcə də 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsinə əsasən 649.26 manat əsas, 1.55 manat faiz borcu, 1.71 manat cərimə olmaqla, cəmi 652.52 manat borc və 24 sentyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən 139.78 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 12 sentyabr 2019-cu il tarixli 10-Y-5-0-730-15 nömrəli kredit müqaviləsinə əsasən 649.26 manat əsas, 1.55 manat faiz borcu, 1.71 manat cərimə olmaqla, cəmi 652.52 manat borc və 24 sentyabr 2014-cü il tarixli kredit xətti və bank hesabı müqaviləsinə əsasən 139.78 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar