Məhkəmə qərarları › İş №2(044)-1686/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1686/2021

24.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1686/2021 24.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 27.06.2009-cu il təvəllüdlü X1 və 06.07.2012-ci il təvəllüdlü X2 həddi buluğa çatanadək saxlanılmaları üçün Cavabdeh hər ayu hər uşaq üçün 175 manat, cəmi 350 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli 2(044)-399/2014 saylı qətnaməsi ilə 27.06.2009-cu il tarixdə anadan olmuş X3 və 06.07.2012-ci il tarixdə anadan olmuş X2 həddi buluğa çatanadək saxlanılmaları üçün 11.07.2014-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 80 manat, cəmi 160 manat məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda uşaqlar böyüyür və böyüdükcə onların tələbatları da artır, özü isə heç yerdə işləmir, uşaqların maddi tələbatlarını ödəyə bilmir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qət namə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli 2(044)-399/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh oğlu ilə Məmmədova (Zeynalova) Vüsalə Elxan qızının arasında Samux şəhəri Samux rayon Qeydiyyat şöbəsində 28 iyul 2009-cu il tarixdə 193 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 06 iyul 2012-ci il tarixdə anadan olmuş X4 və 27 iyun 2009-cu il tarixdə anadan olmuş X3 anası Məmmədova (Zeynalova) Vüsalə Elxan qızının yanında saxlanılması, 06 iyul 2012ci il tarixdə anadan olmuş X4 və 27 iyun 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 11 iyul 2014-cü il tarixdən başlayaraq, Cavabdeh Məmmədova (Zeynalova) Vüsalə Elxan qızının xeyrinə hər ay hər uşaq üçün 80 (səksən) manat, cəmi 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 18.05.2016-cı il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları 18 may 2016-cı il tarixdə 132 saylı akt qeydi ilə pozulmuşdur. 03.06.2016-cı il tarixdə Samux şəhəri Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 27 iyun 2009-cu il tarixdə X3 anadan olmuşdur. 17.07.2012-ci il tarixdə Samux şəhəri Samux rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 06 iyul 2012-ci il tarixdə X4 anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli 2(044)-399/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 27.06.2009-cu il tarixdə anadan olmuş X1 və 06.07.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Buna görə də cavabdehdən 1 (bir) il müddətində tutulacaq alimentin miqdarı 3120 manat təşkil etdiyinə görə, cavabdehdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 9.4.-cü maddələrinin tələblərinə uyğun olaraq 30 (otuz) manat dövlət rüsumu xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 22.07.2014-cü il tarixli 2(044)-399/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 27.06.2009-cu il tarixdə anadan olmuş X1 və 06.07.2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 (yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı ödəməkdən azad edildiyi dövlət rüsumu 30 manat Cavabdeh tutularaq dövlət mədaxilinə keçirilsin. Artırılmış alimentin tutulmasına Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin bu iş üzrə 24.05.2021-ci il tarixli 2(044)-1686/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar