Məhkəmə qərarları › İş №2(044)-1720/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1720/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1720/2021 25.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun əvəzindən “xxxx” ASC-nin Gəncə filialına ödədiyi 2024 manat 40 qəpik pulun sonuncudan alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, o, xx.xx.1965-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Hal-hazırda Gəncə şəhəri Nizami rayonu, A.İmanquliyeva küçəsi 5 saylı evdə qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. Cavabdehlə keçmiş qudadırlar, yəni cavabdeh qızının keçmiş qaynanasıdır. Cavabdeh əvəzindən “xxxx” ASC-yə 2024 manat 40 qəpik kredit ödənişi etmişdir. Onun cavabdehin əvəzinə ödəniş etməsinə səbəb qızına məxsus qızılların həmin kreditin təminatı olaraq bankda girov qoyulması və ödəniş olunmayacağı halda tələbin həmin qızıllara yönələrək hərracda satılması olmuşdur. Cavabdehlə razılaşmağına görə ona demişdir ki, iki gün ərzində sonuncunun pulunu qaytaracaq. Ona görə də o Cavabdeh adından 09 aprel 2021ci il tarixdə “xxxx“ASC-nin Gəncə filialına 2024 manat 40 qəpik ödəniş etdiyi pulu iki gündən sonra tələb etdikdə o demişdir ki, onun imkanı yoxdur pulu verməyəcək. Cavabddeh iki gün ərzində pulu qataracağını söz versə də, bugünə kimi borcunu qaytarmır, hər dəfə də pulu verməkdən qəsdən yayınır. Onun cavabdehin əvəzinə pul ödəməyi “xxxx“ASC-nin Gəncə filialına öz adından cavabdehin xeyrinə ödədiyi 09.04.2021-ci il tarixli ödəniş qəbzindən də tam təsdiq olunur. Sonda iddiaçı iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı etiraf edərək bildirdi ki, İddiaçı onun banka olan 2024.40 manat kredit borcunu ödəmişdir. Çünki iddiaçının qızına məxsus qızıllar kreditin təminatı olaraq bankda girov qoyulmuş və borc ödənilməyəcəyi təqdirdə həmin qızıllar hərracda satılacaqdır. Lakin onun hal-hazırda bir dəfəyə həmin pulu iddiaçıya ödəməyə maddi imkanı yoxdur. Sonda cavabdeh iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edərək, bu barədə ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan “xxxx” ASC-nin TT21099LXOXZ saylı mədaxil qəbzindən görünür ki, 09.04.2021-ci il tarixdə İddiaçı Cavabdeh adına 2024.40 manat nəğd pul ödəmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı qızına məxsus qızıllara məcburi icra yönələrək hərracda satılmaması üçün cavabdehin xxxx ASC-yə olan 2024.40 manat kredit borcunu cavabdehin əvəzinə ödəmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalı və iddia təmin olunmalıdır. İddiaçı qızına məxsus qızılların xxxx ASC tərəfindən məcburi icra yönələrək hərracda satılacağından ehtiyat edib Cavabdeh banka olan borcunu ödədiyi üçün xxxx ASC-nin cavabdehə olan tələb hüququ iddiaçıya keçmişdir. Belə olan halda iddiaçının cavabdehdən onun əvəzinə ödədiyi pulu tələb etmək hüququ vardır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Beləliklə məhkəmə cavabdehin etirafını nəzərər alaraq, işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 2024.40 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2024 (min iki yüz qırx iki) manat 40 (qəpik) məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar