Məhkəmə qərarları › İş №2(044)-1727/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1727/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1727/2021 24.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, Cavabdeh “Cavabdeh” X2 X4 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” X2 X4 İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” X2 X4 İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” X2 X4 İdarəsi tərəfindən quraşdırılmış qaz sayğacının düzgün işləməməsi nəticəsində yaranmış 664.80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Asif Yusifov (keçmiş Ə.Qarayev) küçəsi, ev 22-də yerləşən fərdi yaşayış evi 27.07.2018-ci il tarixli çıxarışa əsasən ona məxsusdur və 2015-ci ildə ona məxsus mənzildə cmart kart tipli sayğac qoyulmuş və həmin sayğaca qaz sərfi üçün pul qoyub işlətmişdir. 14.12.2020-ci ildə smart kart tipli sayğacın elementi bitdiyindən həmin sayğac adi sayğacla əvəz edilmiş, yeni sayğac qoyulduqdan sonra qaz sərfinin kəskin artdığını görmüş, bununla bağlı Gəncə X4 İdarəsinə qaz sayğacının düzgün işləməməsi və başqa sayğacla əvəz edilməsi ilə bağlı iradını bildirmişdir. Həmin vaxt orada onun kimi onlarla abonent olmuş və onlarda da eyni ilə sayğaclarının düzgün işləmədiyini bildirmişlər. Bundan sonra Gəncə X4 İdarəsinin ərizə və şikayətlər bölməsində mövcud qaz sayğacının başqa sayğacla əvəz edilməsi ilə bağlı ərizə yazmış və ona bir ay müddətində sayğacın başqa sayğacla əvəz ediləcəyi bildirilmişdir. Lakin bu günə kimi həmin sayğac başqa sayğacla əvəz edilməmiş və mövcud olan sayğac 3 qat sərfiyyatı ilə işləyir. O, Gəncə X4 İdarəsinə müraciət edərək son 3 il ərzinin abonent saldosunun ona verilməsi ilə bağlı müraciət etsə də verə bilməyəcəklərini demişlər. Məhkəmə tərəfindən 3 il ərzinin abonent saldosu tələb edilərsə onun haqlı olduğunu və qaz sayğacının düzgün işləməməsini müəyyən etmək olar. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. İddiaçı tərəfindən məhkəməyə 23.06.2021-ci il tarixdə daxil olmuş ərizədə, yaşlı olmasını nəzərə alaraq işə onun iştirakı olmadan baxıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh “Cavabdeh” X2 X4 İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş, 14.12.2020-ci ildə smart kart tipli sayğacın elementi bitdiyindən həmin sayğac yenisi ilə əvəzlənmiş, məlum olmuşdur ki, iddiaçının hesab kodunda olan 664.80 manat məbləğində borc ödənilməmiş qalmışdır. Məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, 27.07.2018-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvan İddiaçı adına qeyd edilmişdir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Cavabdeh” X2 X4 İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” X2 X4 İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar