Məhkəmə qərarları › İş №2(044)-1728/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1728/2021

21.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1728/2021 21.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, cavabdeh X6 iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X5 30.10.2013-cü il təvəllüdlü X3 üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli, 2(044)-789/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh X10 ilə nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan olan 30.10.2013-cü il təvəllüdlü X1 üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli, 2(044)789/2018 saylı qətnaməsinə əsasən cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Onun qızı artıq böyümüşdür, onun gündəlik təlabatı artır və məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment uşağın saxlanılması üçün kifayət etmir. Odur ki, uşağın saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, heç bir yerdə işləmir. Məhkəmə tərəfindən təyin edilmiş 120 manat alimenti çətinliklə ödəyir, hətta onun ödəmələrində 2 ay gecikməsi yaranmışdır. Alimentin miqdarının artacağı təqdirdə o, ödəniş edə bilməyəcəkdir. Sonda cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Mülki iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan 30.10.2013-cü il təvəllüdlü X8 adlı uşaqları vardır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli, 2(044)- 789/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X10 arasında 21.06.2012-ci il tarixdə, Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 349 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 30.10.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında saxlanılması, 23.01.2018-ci il tarixdən başlayaraq X5 30.10.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X10 ilə İddiaçı arasında olan nikah 01.08.2019-cu il tarixdə pozulmuşdur. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludular. Qeyd olunan normaların məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin normanın məzmunundan göründüyü kimi, alimetin miqdarının dəyişməsi üçün əsas şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır. Hazırki halda isə alimentin tutuması ilə bağlı qətnamə çıxdığı 01.03.2018-ci il tarixdən keçən 3 il müddətində cavabdehin maddi vəziyyətində artımla bağlı dəyişikliyin olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh hətta hər ay 120 manat aliment ödəməyə çətinlik çəkir. Məhkəmə uşağın saxlanılmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdeh tərəfindən uşağın saxlanılması üçün hər ay iddiaçıya 120 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair məhkəmə qətnaməsinin mövcudluğunu, alimentin tutulduğu tarixdən bu günə qədər 3 il ərzində cavabdehin gəlirlərində artım olmadığını nəzərə alaraq hesab edir ki, X2 görə tutulan alimentin məbləğinin dəyişdirilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X7 qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar