Məhkəmə qərarları › İş №2(044)-1734/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1734/2021

21.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1734/2021 21.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 2135 (iki min yüz otuz beş) manat məbləğində maddi ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.04.2021-ci il tarixli 1(100)-26/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşur. Cavabdeh ona 2135 (iki min yüz otuz beş) manat məbləğində maddi ziyan vurmuş, lakin hazırkı vaxtadək cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan ödənilməmişdir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası M PM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.04.2021-ci il tarixli 1(100)-26/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 126.2.4, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşur. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin 06.04.2021-ci il tarixli hökmündə qeyd olunmuş İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən “Tural” adlı marketdən, bir kiloqramının qiyməti 09 manat, cəmi dəyəri 27 manat olan 3 kiloqram çəkidə “Servalat” markalı kolbasa, bir kiloqramının qiyməti 08 manat olmaqla, cəmi dəyəri 32 manat olan 4 kiloqram çəkidə “Doktorskaya” markalı kolbasanı, bir ədədinin qiyməti 75 qəpik olmaqla, cəmi dəyəri 15 manat olan 20 ədəd “Cips” ərzağını, bir ədədinin qiyməti 1.50 manat olan cəmi 09 manat 6 ədəd ruletləri, 0.7 litr həcmli, 1 ədədinin qiyməti 7 manat olanmaqla cəmi dəyəri 21 manat olan 03 ədəd “Xan Kristal” markalı arağı, bir ədədinin qiyməti 2 manat olmaqla, cəmi dəyəri 12 manat olan 06 ədəd konservləşdirilmiş balıq məhsullarını, bir ədədinin qiyməti 4 manat olmaqla cəmi dəyəri 12 manat olan 03 ədəd konservləşdirilmiş ət məhsullarını, bir kiloqramının qiyməti 6 manat olmaqla cəmi dəyəri 36 manat olan 6 kiloqram şokoladları, bir ədədinin qiyməti 60 qəpik olmaqla ümumi dəyəri 15 manat olan 25 ədəd günəbaxan tumlarının, bir ədəddinin qiyməti 4 manat olmaqla ümumi dəyəri 20 manat olan 5 ədəd saç boyasının, bir ədədinin dəyəri 1.50 manat olan ümumi dəyəri 9 manat olan 6 ədəd 1.5 litrlik sokları, bir ədədinin qiyməti 2 manat olmaqla cəmi dəyəri 14 manat olan 7 ədəd paket soklarını, bir ədədinin qiyməti 1 manat olmaqla ümumi dəyəri 3 manat olan 3 ədəd mineral suları,bir qutusunun qiyməti 3 manat olmaqla cəmi dəyəri 210 manat olan 70 qutu 03 ədəd “Kent-1” markalı siqaretləri,1 qutusunun qiyməti 3 manata olmaqla cəmi dəyəri 234 manat olan 78 qutu “Kent-4” markalı siqaretlər, 1 qutusunun qiyməti 3 manat olmaqla cəmi dəyəri 249 manat olan 83 qutu “Kent-8” markalı siqaretlər, 1 qutusunun dəyəri 2 manat olmaqla cəmi dəyəri 74 manat olan 37 qutu “Vest” markalı siqaretlər, 1 qutusunun dəyəri 2 manat olmaqla cəmi dəyəri 60 manat olan 30 qutu “Vinston” markalı siqaretləri, 1 qutusunun qiyməti 1.50 manat olmaqla cəmi dəyəri 63 manat olan 42 qutu “Keno” markalı siqaretləri və mağazanın kassasından 800 manat nəğd puldan ibarət əmlakını gizli yolla talayıb oğurlaması nəticəsində İddiaçı İddiaçı ümumilikdə 1915 manat məbləğində maddi ziyan vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, cavabdehin iddiaçının əmlakına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə iddia tələbindən göründüyü kimi iddiaçı Cavabdeh tərəfindən ona vurulmuş zərərin ödənilməsini tələb edir və həmin zərərin həcmini 2135 (iki min yüz otuz beş) manat məbləğində qiymətləndirmişdir. Məhkəmə bununla bağlı nəzərə alır ki, iddiaçı onun əmlakına məhz 2135 (iki min yüz otuz beş) manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut təqdim etməmişdir. X2 Cinayətlər Məhkəməsinin 06.04.2021-ci il tarixli 1(100)-26/2021 saylı hökmü ilə müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən 1915 (min doqquz yüz on beş) manat məbləğdə ziyan vurulmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehdən 1915 (min doqquz yüz on beş) manat məbləğdə pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1915 (min doqquz yüz on beş) manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar