Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1747/2020 30.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh 800804-742043/2 saylı kredit müqaviləsi üzrə 3789.69 manat əsas borc və 549.15 manat faiz borcu olmaqla, cəmi 4338.84 manat və 800892- PC********** saylı kredit müqaviləsi üzrə 295.3 manat əsas borc, 68.01 manat cərimə borcu olmaqla, cəmi 363.31 manat məbləğində kredit borcu yaranmışdır. Cəmi hər iki kredit borc üzrə 4084.99 manat məbləğində əsas borcu, 549.15 manat faiz borcu, 68.01 manat cərimə borcu olmaqla ümumilikdə 4702.15 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800892-PC********** nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 300 manat məbləğində bərpa olunan kredit xətti açılmış və xx.xx.2019-cu il tarixli, 800804-742043/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 26.5% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borcluya dəfələrlə şifahi və yazılı xəbardarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. x xxxx 2020-ci il tarixinə borclunun 800804-742043/2 saylı kredit müqaviləsi üzrə 3789.69 manat əsas borc və 549.15 manat faiz borcu olmaqla, cəmi 4338,84 manat və 800892-PC********** saylı kredit müqaviləsi üzrə 295.3 manat əsas borc, 68.01 manat cərimə borcu olmaqla, cəmi 363.31 manat məbləğində kredit borcu yaranmışdır. Cəmi hər iki kredit borc üzrə 4084.99 manat məbləğində əsas borcu, 549.15 manat faiz borcu, 68.01 manat cərimə borcu yaranmışdır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, əvvəllər hissə-hissə ödənişlər etmişdir, sonradan işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Sonda cavabdeh hesablanmış cərimə borcunun azaldılmasına və iddianın qismən təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800892- PC********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə 36 ay müddətinə 300 manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 800804- 742043/2 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh şəxsi istehlak məqsədilə illik 26.5% dərəcəsi ilə 36 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 4000 manat məbləğində pul almışdır. - xx.xx.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, borclunun banka x xxxxxx 2019-cu il tarixli 800892-PC********** nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 295.3 manat və 68.01 manat faiz borcu olmaqla, cəmi 363.31 manat borcu var və kredit müqaviləsi üzrə gecikmə 144 gün təşkil edir, xx xxxxxxxx 2019cu il tarixli 800804-742043/2 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə əsas borc üzrə 3789.69 manat və 549.15 manat faiz borcu olmaqla, cəmi 4338.84 manat borcu var və kredit müqaviləsi üzrə gecikmə137 gün təşkil edir. - xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə x xxxxxx 2019-cu il tarixli, 800892-PC********** nömrəli kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. - xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə 11 sentyanbr 2019-cu il tarixli, 800804-742043/2 saylı kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1 -ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İşin faktiki hallarından görünür ki, Cavabdeh kredit müqavilələrinə əsasən İddiaçı ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Buna görə də iddiaçının cavabdehdən kredit müqavilələri üzrə borcu tələb etmək hüququ vardır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 3 manat müəyyən olunmalıdır. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2020-ci il tarixli, 800892-PC********** saylı kredit müqaviləsi üzrə 295.3 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 800804-742043/2 saylı kredit müqaviləsi üzrə 3789.69 manat əsas borc, 549.15 manat faiz borcu olmaqla, cəmi 4637.14 manat borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə iddiaçının məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 28 manat məbləğində hissəsi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, 800892-PC********** saylı kredit müqaviləsi üzrə 295.3 manat əsas borc, 3 manat cərimə borcu, xx.xx.2019-cu il tarixli 800804-742043/2 saylı kredit müqaviləsi üzrə 3789.69 manat əsas borc, 549.15 manat faiz borcu olmaqla, cəmi 4637 (dörd min altı yüz otuz yeddi) manat 14 (on dörd) qəpik məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28 (iyirmi səkkiz) manat məbləğində hissəsi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X3 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1747/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1747/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver