Məhkəmə qərarları › İş №2(044)-182/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-182/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-182/2022 10.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2009cu il tarixli, 18 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 30.06.2021-ci il tarixinə olan əsas borc üzrə 13452.59 manat, faiz borcu üzrə 776.29 manat, cəmi 14228.88 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh2 ilə bağlanan 26.10.2009-cu il tarixli 18 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.0196 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-ti ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2009-cu il tarixli 18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə Gəncə şəhəri, M.Bağı, Təbriz küçəsi, 94 saylı binanın 1 saylı mənzilinin alınması məqsədi ilə ilə 180 ay müddətinə 33000 manat məbləğində, qaytarmaq şərti ilə kredit verilmişdir. Kreditin təmini kimi Cavabdeh2 26.10.2009-cu il tarixdə "xxxx" ASC ilə və borcalan Cavabdeh1 ilə 18 nömrəli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 məxsus ipoteka predmeti 39000 (otuz doqquz min) manat qiymətləndirilmiş, həmin dəyərdən 6000 manatı alıcının özü tərəfindən, 33000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən alıcıya verilmiş kredit vəsaiti hesabına ödənilməlidir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə borc öhdəliklərini icra etməyərək gecikdirməyə səbəb olmuşdur. Hazırda cavabdehin 30.06.2021-ci il tarixinə hesablanmış və ödənilməmiş borcu 14228.88 manat təşkil edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmişdir. 22 iyul 2016-cı il tarixdə Maliyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmiş, Azərbaycan İpoteka fondu ASC-ti ilə Bank "xxxx" ASC arasında imzalanmış 23 may 2011ci il tarixli 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin Azərbaycan İpoteka Fondu ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASCnə təhkim edilmişdir. Bu barədə, cavabdehlərə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq gəlməmişlər. Cavabdehlər Cavabdeh1 və X3 tərəfindən 20.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə, "xxxx" LPO (ASC) tərəfindən onlara 26.10.2009-cu il tarixli, 18 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Gəncə şəhəri, M.Bağı, Təbriz küçəsi, 94 saylı binanın 1 saylı mənzilinin alınması məqsədi ilə ilə 180 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 33000 manat məbləğində aylıq əsaslarla qaytarmaq şərti ilə kredit verilmişdir. Mülki Məcəllənin müddələrinin tələblərinə əsasən kredit öhdəliyini vaxtından əvvəl ödəmək səlahiyyətlərindədir, amma kreditor müqaviləni vaxtından əvvəl ləğv etdirmək və krediti tələb etmək hququ yoxdur. İddiaçı tərəf qərəzlilik nümayiş etdirərək, Mülki Məcəlləsinin öhdəliklər olan maddələrini pozmaqla əsassız iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Klredit müqaviləsi 2009-cu nildə 180 ay müddətinə (on beş illik) bağlanmışdır. Tərəflərindən ödənişlər edilməklə, müddət qurtarana kimi bağlanılacaqdır, onlar müqavilənin şərtlərinə əməl etdikləri halda, iddiaçı vaxtından əvvəl pul tələb etməklə qanunsuzluq edir. Onların hesablamalarına əsasən borcları daha da az məbləğdə qalmışdır. Lakin iddiaçı onlardan şişirdilmiş borc tələb etməklə, iddia tələbi ilə məhkəməyə müraciət edir. İddia tələbi qanunsuzdur, iddia ərizəsində tələb olunan məbləğ şişirdilmişdir, onlar tərəfindən mütəmadi ödənişlər olmuşdur və Mülki Məcəllənin maddələrinin tələbləriə əsasən müqavilədə göstərilən müddət ərzində vaxtından əvvəl pul tələb edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 26.10.2009-cu il tarixli 18 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-ti tərəfindən Cavabdeh1 Gəncə şəhəri, M.Bağı, Təbriz küçəsi, 94 saylı binanın 1 saylı mənzilinin alınması məqsədi ilə ilə 180 ay müddətinə 33000 manat məbləğində kredit verilmişdir. 26.10.2009-cu il tarixli 18 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC-ti tərəfindən Cavabdeh1 verilmiş kreditin təmini kimi Cavabdeh2 məxsus ünvan 2 ünvanı ipoteka ilə yüklü edilmişdir. 27.10.2009-cu il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı "xxxx" ASC-nə ipoteka qoyulmuşdur. 22.05.2007-ci il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanı Cavabdeh2 adına qeyd olunmuşdur. 30.06.2021-ci il tarixdə Bank "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 əsas borc üzrə 13452.59 manat, faiz borcu üzrə 776.29 manat, cəmi 14228.88 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.12.2021-ci il tarixli 9/7069 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış 26.10.2009-cu il tarixli 18 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka əsas, faiz borcunu müəyyən etmək mümkün olmamışdır. 06.09.2021-ci il tarixli "xxxx" MMC-nin 2(044)-2868/2021 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0196 ha torpaq sahəsi ilə birlikdə 25.10.2021-ci il tarixinə bazar dəyəri 58000.0 manat, likvid dəyəri 54000.0 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, icra edilməsi hazırkı vaxtda deyil, «İcra Haqqında» Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2009-cu il tarixli, 18 saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 əsas borc üzrə 13452.59 manat, faiz borcu üzrə 776.29 manat, cəmi 14228.88 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma öhdəliyin təmini kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.0196 ha torpaq sahəsi yönəldilməli və həmin əmlak açıq hərracdan satılmalı, satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi təmin edilməli, həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli və həmin fərdi yaşayış evi boşaldılmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26.10.2009-cu il tarixli, 18 saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh1 əsas borc üzrə 13452.59 manat, faiz borcu üzrə 776.29 manat, cəmi 14228.88 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma öhdəliyin təmini kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və 0.0196 ha torpaq sahəsinə yönəldilsin və həmin əmlak açıq hərracdan satılsın. İlkin satış qiyməti 54000.0 (əlli dörd min) manat dəyərində qiymətləndirilmiş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satışından əldə edilmiş pul vəsaiti hesabına cəmi 14228.88 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqı, 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum iddiaçı Bank "xxxx" ASC-nə ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh2 qaytarılsın. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0.0196 ha torpaq sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 100 (yüz) manat Cavabdeh1 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar