Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(044)-1839/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2020-ci il tarixli 800805-516391/6 nömrəli kredit müqaviləsi üzrə 1379.57 manat əsas borc və 115.01 manat faiz borcu olmaqla, cəmi 1494.58 manat və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında tutulmuş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş və Cavabdeh məxsus 583 əyarlı, 47.4 qram çəkidə 6 ədəd qızıl-zinət əşyaları (qolbağı 1 ədəd, boyunbağı 1 ədəd, dəst 1 ədəd, üzük 2 ədəd, kulon 1 ədəd) və 880 əyarlı, 0.6 qram çəkidə 1 ədəd qızıl diş yönəldilməsi, qızıl-zinət əşyasının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə verərək cavabdehin banka olan borcunu xx.xx.2020ci il tarixdə tam ödədiyini bildirmiş, mülki işin baxılmamış saxlanmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçının nümayəndəsinin xahişi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçını nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etdiyindən və cavabdeh işə mahiyyəti üzrə baxılmasına təkid etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267-268-ci maddələrini rəbhər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi X1 ərizəsi təmin edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və borcun girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində X4 Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1839/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(044)-1839/2020
02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver