Məhkəmə qərarları › İş №2(044)-1840/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1840/2020

10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1840/2020 10.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-ti Cavabdeh qarşı «kredit borcu» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 227.72 manat, faiz borcu üzrə 135.45 manat, cəmi 363.17 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, 0.40 qəpik xidmət haqqı məbləğində pul «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən X5 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmiş və nəticədə 363.17 manat məbləğində borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il tarixli TX-01-xx.xx.2015-GANAT5 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-ti tərəfindən X6 2000 manat məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə Cavabdeh arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edildi ki, X3 müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Odur ki, zamin Cavabdeh öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsas borc üzrə 227.72 manat, faiz borcu üzrə 135.45 manat, cəmi 363.17 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, xidmət haqqı 0.40 qəpik «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 227.72 manat, faiz borcu üzrə 135.45 manat, cəmi 363.17 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat, xidmət haqqı 0.40 qəpik «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar