Məhkəmə qərarları › İş №2(044)-1845/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1845/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1845/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdehlər X2 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC cavabdehlər X2 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 30.05.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung LED” markalı televizor və paltaryuyan üçün 1490 manat ödənilməmiş hissə, 447 manat dəbbə, cəmi 1937 manat, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25203 “Samsung galaxy A10” markalı telefon üçün 272 manat ödənilməmiş hissə, 81 manat dəbbə, cəmi 353 manat, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “LG markalı” soyuducu və paltaryuyan üçün 3066 manat ödənilməmiş hissə, 920 manat dəbbə, cəmi 3986 manat, 09.01.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı paltaryuyan üçün 963 manat ödənilməmiş hissə, 287 manat dəbbə, cəmi 1250 manat, ümumilikdə 7526 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 30.05.2019-cu il, 04.09.2019-cü il, 04.09.2019-cu il, 09.01.2020-ci il tarixli müqavilələrə əsasən, “Samsung LED” markalı televizor və paltaryuyan, İMEİ kodu **********25203 “Samsung galaxy A10” markalı telefon, “LG markalı” soyuducu və paltaryuyan, “Samsung” markalı paltaryuyan almış və nəticədə 7526 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca yerinə yetirməmişdir. Cavabdehin ödədiyi məbləğ cəmi 2400 manat təşkil edir. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 04.09.2019-cu il tarixli 00888820 saylı müqavilədən görünür ki, «xxxx» MMC tərəfindən X2 İMEİ kodu **********25203 “Samsung galaxy A10” markalı telefon satılmış və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 04.09.2019-cu il tarixli 00888782 saylı müqavilədən görünür ki, «xxxx» MMC tərəfindən X2 “LG” markalı soyuducu və paltaryuyan satılmış və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 09.01.2020-ci il tarixli 20024920 saylı müqavilədən görünür ki, «xxxx» MMC tərəfindən X2 “Samsung” markalı paltaryuyan satılmış və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. 30.05.2019-cu il tarixli ******* saylı müqavilədən görünür ki, «xxxx» MMC tərəfindən X2 “Samsung” LED markalı televizor və paltaryuyan satılmış və Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 30.05.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung LED” markalı televizor və paltaryuyan üçün 1490 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 1495 manat, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25203 “Samsung galaxy” A10 markalı telefon üçün 272 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 277 manat, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “LG” markalı soyuducu və paltaryuyan üçün 3066 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 3071manat, 09.01.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı paltaryuyan üçün 963 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 968 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 30.05.2019-cu il tarixli müqaviləsinə əsasən, “Samsung LED” markalı televizor və paltaryuyan üçün 1490 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 1495 manat, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********25203 “Samsung galaxy A10” markalı telefon üçün 272 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 277 manat, 04.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “LG” markalı soyuducu və paltaryuyan üçün 3066 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 3071 manat, 09.01.2020-ci il tarixli müqaviləsinə əsasən, “Samsung” markalı paltaryuyan üçün 963 manat ödənilməmiş hissə, 5 manat dəbbə, cəmi 968 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq «xxxx» MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar