Məhkəmə qərarları › İş №2(044)-1849/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1849/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1849/2021 16.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rasim Sarı oğlunun sədrliyi, Əliyev Nicat Şirzad oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Bank Olmayan Kredit Təşkilatı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – BOKT İddiaçı QSC-nin) Cavabdeh qarşı kredit borcunun ipotekaya yönədilməsi və əmlakın hərracdan satılması hesabına borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı BOKT İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 48039.85 manat əsas borc, 1388.56 manat faiz borcu olmaqla, cəmi 49428.41(qırx doqquz min dörd yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, borc tələbinin Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə 0.0154 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi və həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına borcun İddiaçı QSC BOKT-a ödənilməsinə, əgər əmlakın satışından əldə olan vəsait göstərilən borcun təmin edilməsi üçün kifayət etmədikdə qalan borcun ümumi qaydada cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, xxxx ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 yul 2015-ci il tarixli 570№-li Fərmanının icrası ilə əlaqədar xxxx ASC-nin problemli aktivləri(borcları) üzrə tələb hüququ müqavilə əsasında BOKT İddiaçı QSC-yə keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı xxxx ASC-nin Cavabdeh qarşı cəmi 49428.41(qırx doqquz min dörd yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ da 11 yanvar 2018-ci il tarixli S-İPK-36 saylı təhvil-təslim aktı əsasında BOKT İddiaçı QSC-yə təhvil verilmişdir. xxxx ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2014-cü il tarixli 412İK/14 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 300 ay müddətinə illik 4%-lə 50000(əlli min) manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin təminatı olaraq 25 fevral 2014-cü il tarixli 412İK/14 nömrəli bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Hal-hazırda cavabdehin iddiaçıya olan ödənilməmiş borcu 48039.85 manat əsas borc, 1388.56 manat faiz borcu olmaqla, cəmi 49428.41(qırx doqquz min dörd yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat təşkil edir. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borc məbləği iddiaçıya ödənilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına olan 24 fevral 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh xxxx ASC-dən 300 ay müddətinə götürdüyü 50000 ABŞ dolları məbləğində krediti qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına olan 25 fevral 2014-cü il tarixli 412İK/14 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi xxxx ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarına olan 29.03.2014-cü il tarixli ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh adına qeyd edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29.03.2014-cü il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi 145 №-li fərdi yaşayış evi və 0.0154 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, bu barədə daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 127 nömrəli vərəqində, reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına olan 11.01.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, “xxxx” ASC X2 aid problemli aktivlərlə bağlı müvafiq sənədləri İddiaçı QSC-yə təhvil vermişdir. İş materiallarına olan BOKT İddiaçı QSC-nin 04.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məktubundan görünür ki, borclu-ipoteka qoyan Cavabdeh 24.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 49428.41(qırx doqquz min dörd yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun BOKT İddiaçı QSC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə tərəflərindən həmin borcun tutulması və həmin borc tələbinin ipotekaya qoyulmuş 0.0154 ha torpaq sahəsi ilə birlikdə Gəncə şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi 145 №-li fərdi yaşayış evinə yönəldilməklə həmin evin hərracda satılması hesabına borcun ödənilməsi barədə məhkəmədə iddia qaldırılacağı bildirilmişdir. İş materiallarına olan BOKT İddiaçı QSC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış 06 yanvar 2021-ci il tarixli 3-7/12 nömrəli məktubdan görünür ki, ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə 0.0154 ha torpaq sahəsi ilə birlikdə tutmanın yönəldilməsi haqqında Bank tərəfindən Cavabdeh təqdim edilmiş bildirişlərin qeydiyyata alınması xahiş olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin(bundan sonra–MM) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişdirsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək kredit borcunu qaytarmamışdır. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmədiyinə görə tələbin ipoteka predmetinə yönəldilməsi üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 48039.85 manat əsas borc, 1388.56 manat faiz borcu olmaqla, cəmi 49428.41(qırx doqquz min dörd yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı BOKT İddiaçı QSC-nin xeyrinə ödənilməli, tələb öhdəliyin təmini kimi Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməli və həmin əmlak açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləği Cavabdeh tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. İddia təmin edildiyinə görə Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 48039.85 manat əsas borc, 1388.56 manat faiz borcu olmaqla, cəmi 49428.41(qırx doqquz min dörd yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulsun və tələb öhdəliyin təmini kimi Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilsin. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi açıq hərracdan satılsın və satışdan əldə olunan məbləğ hesabına Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına olan 49428.41(qırx doqquz min dörd yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat borcu və 30 manat dövlət rüsumu ödənilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borc məbləği Cavabdeh tutulub İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının xeyirinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar