Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1861/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “2908 manat məbləğində pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2908 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonü, 3-cü mikrorayonda 14 saylı binanın qarşısında 0.0096 ha torpaq sahəsində yerləşən 2 girişli, 88.7 kv.m ümumi, 63.7 kv.m əsas, 25 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası vardır. Həmin binanı X3 və X4 2019-cu ilin noyabr ayına qədər çayçı kimi işlətmişlər və binada çayçı kimi işlətmək üçün bütün avadanlıqlar olmuşdur. 2019-cu ilin dekabr ayında Cavabdeh qardaşım Akifə bildirmişdir ki, o, həmin binanı icarəyə götürüb çayçı kimi işlətmək istəyir. O, razılıq verdikdən sonra, Cavabdeh bildirmişdir ki, əvvəl o, binanı təmir etdirməlidir, qaz çəkdirməlidir və qaz çəkdirmək, qaz sayğacı quraşdırmaq üçün o, qardaşı Akifin yanında cavabdehə 450 manat pul vermişdir. Bundan sonra Cavabdeh binanı təmir etdirməyə başlamışdır. 2020-ci ilin may ayının axırlarında Cavabdeh bildirmişdir ki, o, binanı çayçı kimi işlətmək istəmir və ona binanın təmiri üçün 1500 manat pul istəmişdir. O, gedib binaya baxdıqda görmüşdür ki, binada çayçı kimi işlətmək üçün avadanlıqlar yoxdur və binanın divarlarına bir az boya vurulmuş, giriş qapısı quraşdırılmış, 20-25 metrlik qaz borusu çəkilmiş, lakin qaz sayğacı qoyulmamışdır. İddiaçı Cavabdeh binada olan avadanlıqları tələb etmiş və o, avadanlıqları qaraja yığdığını, sonra isə həmin avadanlıqları zibilliyə atdığını bildirmişdir. O, dəfələrlə Cavabdeh həmin avadanlıqların özlərini və yaxud mənə dəymiş zərərin ödəməsini tələb etsə də o, avadanlıqları qaytarmaqdan və ziyanı ödəməkdən imtina etmişdir. Bununla bağlı o, sahə rəisinə şifahi müraciət etmişdir, lakin sahə rəisi bildirmişdir ki, həmin iş mülki xarakterli olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Odur ki, bu tələblə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Binadan yoxa çıxmış əşyalar aşağıda göstərdiklərindən ibarət olmuşdur: Stol-13 ədəd x 50=650 manat, Stul-52 ədəd x 10=520 manat, Yaluzi-2 ədəd x300=600 manat, Qaz balonu-1 ədəd x 50 =50 manat, Moyka-1 ədəd x 70 =70 manat, Çaynik -20 ədəd x 4=80 manat, Qaz plitəsi 1 ədəd x60=60 manat, DVD1 ədəd x48=48 manat, Divan (komplekt) 1 ədəd x 250=250 manat, Televizor 1 ədəd x 100=100 manat, Tüner 1 ədəd x 30= 30 manat və 450 manat nağd pul. Məhkəmə araşdırılmasızamanı aşağıda göstərilən sənədlərə istinad edilmişdir: İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli MN ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonü, 3-cü mikrorayonda 14 saylı binanın qarşısında 0.0096 ha torpaq sahəsində yerləşən 2 girişli, 88.7 kv.m ümumi, 63.7 kv.m əsas, 25 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binası İddiaçı adınadır; Gəncə şəhəri “xxxx” MMC-nin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli rəydən görünür ki, təqdim olunan siyahi üzrə avadanlıqlara baxış keçirilərək müəyyən edilmişdir ki, həmin avadanlıqların xx.xx.2020-ci il tarixə olan bazar qiyməti 3100 manat müəyyən edilib. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o Arifdən aldığı 450 manat pulu çayxananın təmirinə xərcləmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X2 məhkəmədən iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahişetdi. HÜQUQİMƏSƏLƏLƏR Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddiaçı tələbində göstərmişdir ki, o onun sahibliyində olan çayxananı aralarında olan şifahi razılaşmaya əsasən cavabdehə vermiş, həmin vaxtı cavabdeh çayxanadakı iddia tələbində göstərilmiş əşyaları qəbul etmiş, buna baxmayaraq sonradan həmin əşyalar çayxanadan yoxa çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Qeyd edilən Məcəllənin 700.3-cü maddəsinə görə isə bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 19.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində müddəti 11 aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. Həmin maddədə daha sonra qeyd olunmuşdur ki, icarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Nəzərə alınmalıdır ki, müqavilədən əmələ gələn hüququn qeydə alınması üçün qeydiyyat orqanına ərizə verilərkən ərizəyə yazılı müqavilə əlavə olunmalıdır. Belə ki, Mülki Məcəllənin 14.3-cü maddəsinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Odur ki, 11 aydan artıq olan müqavilə üzrə istifadə hüququnu dövlət reyestrində qeyd aldırmaq istəyən şəxs müqaviləni yazılı formada bağlamalıdır, əks təqdirdə istifadə hüququ əmələ gəlməyəcək. Lakin göstərilən qaydaya əməl edilməməsi kirayə müqaviləsinin etibarsızlığına səbəb olmur, kirayə müqaviləsi əqd kimi etibarlı sayılır. Əqd ilə müəyyənləşdirilmiş hüququn qeydə alınmaması əqdin etibarsızlığına səbəb olmur. Əqdin etibarsızlığına əsas kimi götürülən istənilən hal əqd bağlanana qədər və ya əqd bağlanan zaman mövcud olmalıdır, hüququn qeydə alınması əqd bağlandıqdan sonraya aid olan halıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında kirayə müqaviləsi bağlanılsa da belə iddiaçı müqavilə bağlanan zaman və müqavilə bağlandıqdan sonra hansı əşyaların cavabdehə təhvil verilməsinə, həmin obyektə dair hansı ləvazimatları cavabdehin istifadəsinə verilməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan Gəncə şəhəri “xxxx” MMC-nin verdiyi xx xxxxxxxx 2020-ci il tarixli rəylə bağlı da məhkəmə onu qeyd edir ki, həmin rəy sübut növü kimi çıxış edə bilməz.Belə ki, əvvəla iddiaçı həmin avadanlıqların cavabdeh tərəfindən aparıldığını və yaxud məhv edildiyini bildirmişdir.Rəydə isə həmin avadanlıqlara baxış keçirilərək qiymətləndirilməsi təsbit edimişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh 450 manat pulu iddiaçıdan borc aldığını etiraf etmiş və həmin pulu təmirə xərclədiyini qeyd etmişdir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, iddiaçı cavabdehə icarəyə götürdüyü obyektin təmiri ilə bağlı hər hansı tapşırıq verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin irəli sürdüyü dəlillər əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739..-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar (məsələn, kredit müqaviləsi və özlərinin izahatı) məhkəməyə təqdim edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçı tərəfin özünün izahatı Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmış və qiymətləndirilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, təmin edilən tələb 500 manatdan az olduğuna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 10 manat məbləğində dövlət rüsumu isə iddiaçının özünə aid ediılməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227,238, 240, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 450 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 10 manatı iddiaçının özünə aid edilısin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(044)-1861/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1861/2020
11.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver