Məhkəmə qərarları › İş №2(044)-1885/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1885/2020

27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1885/2020 27.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan Kenwood markalı ətçəkən, Hoffmann markalı paltaryuyan, Gorenje markalı ütü, Samsung markalı soyuduüçün 1286 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu, cəmi 1415 manat borc, İMEİ kodu **********67421 Samsung Galaxy J4 plus markalı telefon, SanDisk Micro with adapter, 4D X3 Samsung J4 Plus qoruyucu üzlük üçün 312 manat ödənilməmiş hissə, 31 manat cərimə, ümumilikdə 343 manat borcun və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1788 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən Kenwood markalı ətçəkən, Hoffmann markalı paltaryuyan, Gorenje markalı ütü, Samsung markalı soyudunu, İMEİ kodu **********67421 Samsung Galaxy J4 plus markalı telefon, SanDisk Micro with adapter, 4D X3 Samsung J4 Plus qoruyucu üzlükalmış, nəticədə cəmi 1758 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 2108manat (18 ay x 117 manat + 2 manat ilkin ödəniş) olan Kenwood markalı ətçəkən, Hoffmann markalı paltaryuyan, Gorenje markalı ütü, Samsung markalı soyuduüçün ümumilikdə 1415manat olmaqla, ondan 1286 manat ödənilməmiş hissə, 129 manat cərimə pulu borc yaranmışdır. Həmçinin cavabdeh xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 597 manat ( 12 ay x 49 manat + 9 manat ilkin ödəniş) İMEİ kodu **********67421 Samsung Galaxy J4 plus markalı telefon, SanDisk Micro with adapter, 4D X3 Samsung J4 Plus qoruyucu üzlük üçün 343 manat olmaqla ondan, 312 manat ödənilməmiş hissə,31 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh tərəfindən cəmi 1107 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən Kenwood markalı ətçəkən, Hoffmann markalı paltaryuyan, Gorenje markalı ütü, Samsung markalı soyuducunu 2108manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 18 ay ərzində hər ay 117 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən , İMEİ kodu **********67421 Samsung Galaxy J4 plus markalı telefon, SanDisk Micro with adapter, 4D X3 Samsung J4 Plus qoruyucu üzlüyü 597 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ay 49 manat ödənilməsi nəzərdə tutulmuşdur. - x xxxx 2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 822 manat, ödənilməmiş məbləği 1286 manat, cərimə məbləği 129 manat, ümumilikdə ödənilməmiş məbləği 1415 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 285 manat, ödənilməmiş məbləği 312 manat, cərimə məbləği 31 manat, ümumilikdə ödənilməmiş məbləği 343 manat olmaqla cəmi ödənilməmiş məbləği 1758 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ciil tarixli müqavilə üzrə 1286 manat ödənilməmiş hissə, 129 manat cərimə, cəmi 1415 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 312 manat ödənilməmiş hissəcəmi 31 manat olmaqla ümumilikdə cəmi 343 ümumilikdə 1758 (min yeddi yüz əlli səkkiz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar