Məhkəmə qərarları › İş №2(044)-1894/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1894/2020

11.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1894/2020 11.11.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçıQSC-nin nümayəndəsi X8 iştirakı ilə, İddiaçıQSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçıQSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı « fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Almaz Yıldırım küçəsi, 46-48 saylı fərdi yaşayış evinin istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli. 3(044)-56/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X1, X3 müştərək qaydada 18135.45 manat məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri Nizami rayonu Almaz Yıldırım küçəsi, 46-48 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda Gəncə şəhəri Nizami rayonu Almaz Yıldırım küçəsi, 46-48 saylı fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxanş alınmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri Nizami rayonu Almaz Yıldırım küçəsi, 46-48 saylı fərdi yaşayış evində bu günə kimi qeydiyyatdadırlar, bununlada cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarını pozur. Odur ki, məhkəmədən iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir: xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Almaz Yıldırım küçəsi, 46-48 saylı ünvanı İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir; Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(044)-56/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X6 və X1 06R000017516 saylı kredit razılaşması üzrə müştərək qaydada 80319.05 ABŞ dolları əsas kredit borcu, 19005.37 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 99624.42 ABŞ dolları borc qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin X2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, A.Ìldirım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 175.000 manat műayyən edilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və cəmi 99624.42 ABŞ dolları məbləğində borc, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmat haqqının həmin əmlakın satışından əldə olunan vəsait hesabıma İddiaçı QSC-yə ödənilməsi, ipoteka predmeti X2 mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, A.İldırım küçəsində 0.0218 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzrərində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət 46-48 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və X4 fərdi yaşayış evindən çıxarılaraq həmin evin boşaldılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlər Cavabdeh1, X5 və X1 müştərək qaydada tutulması qət edilmişdir. ETİRAZİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Ona görə də məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunan Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsində istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təstiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Qeyd edilən Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən çıxarılması və yaxud yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi məhkəmənin qərarı əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi Gəncə şəhəri Nizami rayonu Almaz Yıldırım küçəsi, 46-48 saylı mənzil İddiaçıQSC-nin xüsusi mülkiyyətindədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Bu səbəbdən də iddiaçı mülkiyyətçi kimi fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılma, həmin evin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş və mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi nəticəsində məhkəmə iddia tələbinin qeyd edilən hissəsinin təmin edilməsi qənaətinə gəlir. Məhkəmə iddia tələbi üzrə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mübahisəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri Nizami rayonu Almaz Yıldırım küçəsi, 46-48 saylı ünvana olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar