Məhkəmə qərarları › İş №2(044)-1905/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1905/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1905/2020 04.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan İMEİ kodu **********74310 Hoffmann X Pro markalı telefonüçün 108 manat ödənilməmiş hissə, 11 manat cərimə pulu, cəmi 119 manat borc, İMEİ kodu **********97650 Samsung Galaxy A10 markalı telefon üçün 27 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 30 manat borc, ümumilikdə 149 manat borcun və 20 manat dövlət rüsumu olmaqla, cəmi 169 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018cı il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********74310 Hoffmann X Pro markalı telefon,İMEİ kodu **********97650 Samsung Galaxy A10 markalı telefon almış, nəticədə cəmi 149 manat borcu yaranmışdır. Cavabdeh xx.xx.2018-cıil tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 480manat (12 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********74310 Hoffmann X Pro markalı telefonüçün ümumilikdə 119 manat olmaqla, ondan 108 manat ödənilməmiş hissə, 11 manat cərimə pulu borc yaranmışdır. Həmçinin cavabdeh xx.xx.2019-cuil tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 357 manat (9 ay x 27 manat + 114 manat ilkin ödəniş) İMEİ kodu **********97650 Samsung Galaxy A10 markalı telefon üçün 30 manat olmaqla ondan, 27 manat ödənilməmiş hissə, 3 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh tərəfindən cəmi 702 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2018-cıil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********74310 Hoffmann X Pro markalı telefon480 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-cıil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ay 40 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2019-cuil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********97650 Samsung Galaxy A10 markalı telefonu 357 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 9 ay ərzində hər ay 27 manat ödənilməsi nəzərdə tutulmuşdur. - x xxxx 2020-ci il tarixli maliyyə arayışdan görünür ki,Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 372 manat, ödənilməmiş məbləği 108 manat, cərimə məbləği 11 manat, ümumilikdə ödənilməmiş məbləği 119 manat,xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 330 manat, ödənilməmiş məbləği 27 manat, cərimə məbləği 3 manat, ümumilikdə ödənilməmiş məbləği 30 manat olmaqla cəmi ödənilməmiş məbləği 736 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-cı il və xx.xx.2019-cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-cı il tarixli müqavilə üzrə 108 manat ödənilməmiş hissə, 11 manat cərimə, cəmi 119 manat, xx.xx.2019-cuil tarixli müqavilə üzrə 27 manat ödənilməmiş hissə, 3 manat cərimə, cəmi 30 manat olmaqla ümumilikdə cəmi 149 (yüz qırx doqquz) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar