Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-192/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Orucov Maarif Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin cavabdehlər Cavabdeh, Zamin qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdehlər Cavabdeh, Zamin qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 22.01.2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1683.81 ABŞ dolları, 22.01.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 183.86 ABŞ dolları, cərmə 168.38 ABŞ dolları, cəmi 2036.05 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun BOKT «xxxx» MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT “xxxx” MMC-nin Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış 22.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə 1714 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. BOKT “xxxx” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT «xxxx» MMC-yə satılmışdır. İddiaçı tərfəindən cavabdeh ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin danışıqlar heç bir fayda verməmişdir. Hazırda cavabdehin banka olan borcu 2036.05 ABŞ dolları məbləğindədir. İddiaçı BOKT «xxxx» MMC-ti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. İddiaçı BOKT «xxxx» MMC-nin nümayəndəsi A.Rzayeva tərəfindən 28.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə iddianı tam müdafiə etdiklərini nəzərə alaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddiaçı ilə arasında 22.01.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə 1714 ABŞ dolları məbləğində kredit verilmiş və kreditin təmini kimi bank ilə cavabdeh Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. O, ilk aylar banka ödənişlər etmiş, lakin sonradan maddi imkanı olmadığından ödənişlər edə bilməmişdir. Hazırda onun banka 1474 manat borcu vardır. Məhkəmə tərəfindən ona müəyyən vaxt verilərsə o, banka olan borcu hissə-hissə ödəyə bilər. Cavabdeh Zamin məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Zamin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə Cavabdeh izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 22.01.2016-cı il tarixli LD/16022/00022 saylı kredit müqaviləsinin surətindən görünür ki, «xxxx» MMC-ti tərəfindən Cavabdeh 48 ay müddətinə 1714 ABŞ dolları məbləğində kredit verilmişdir. 21.08.2015-ci il tarixli LD/15233/00113 saylı zaminlik müqvailəsindən görünür ki, «xxxx» MMC-ti tərəfindən Cavabdeh verilmiş kreditin təmini kimi bank ilə Zamin arasında zaminlik müqaviləsi bağlanmışdır. 27.04.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh banka əsas borc üzrə 1683.81 ABŞ dolları, 22.01.2020-ci il tarixə qədər hesablanmış faiz borcu üzrə 183.86 ABŞ dolları, cərmə 168.38 ABŞ dolları, cəmi 2036.05 ABŞ dolları məbləğindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2021-ci il tarixli 9/5062 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 22.01.2016-cı il tarixli, LD/16022/00022 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 22.01.2020-ci il tarixə “xxxx” BOKT MMC-nə olan borcu ümumilikdə 2044.16 ABŞ dolları 22.01.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə), əsas borc üzrə 1701.19 ABŞ dolları, faiz borcu üzrə 342.97 ABŞ dolları müəyyən edilmişdir (ekspertiza xərci-150 manat). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə 1683.81 ABŞ dolları, faiz borcu üzrə 183.86 ABŞ dolları, cərmə 5 ABŞ dolları, cəmi 1872.67 (min səkkiz yüz yetmiş iki dollar altmış yeddi sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu «xxxx» MMC-nin xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 150 (yüz əlli) manat Cavabdeh və Zamin müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada əsas borc üzrə 1683.81 ABŞ dolları, faiz borcu üzrə 183.86 ABŞ dolları, cərmə 5 ABŞ dolları, cəmi 1872.67 (min səkkiz yüz yetmiş iki dollar altmış yeddi sent) ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu «xxxx» MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə ekspertiza xərci 150 (yüz əlli) manat Cavabdeh və Zamin müştərək qaydada tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab № AZ43CTRE********************, SWİFT BİK: STREAZ22, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-192/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-192/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver