Məhkəmə qərarları › İş №2(044)-1927/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1927/2020

04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1927/2020 04.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan İMEİ kodu **********47735 Samsung J2 markalı telefon üçün 168 manat ödənilməmiş hissə, 17 manat cərimə, cəmi 185 manat, İMEİ kodu **********24692 Samsung J2 markalı telefon üçün 266 manat ödənilməmiş hissə, 27 manat cərimə, cəmi 293 manat, İMEİ kodu **********49745 Samsung Galaxy A40 markalı telefon üçün 1135 manat ödənilməmiş hissə, 114 manat cərimə, cəmi 1249 manat ümumilikdə 1727 manat borc, 30 manat dövlət rüsumu, cəmi 1757 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********47735 Samsung J2 markalı telefon, İMEİ kodu **********24692 Samsung J2 markalı telefon, İMEİ kodu **********49745 Samsung Galaxy A40 markalı telefonalmış, nəticədə cəmi 1727 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 480 manat (20 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********47735 Samsung J2 markalı telefon üçün 185 manat olmaqla ondan, 168 manat ödənilməmiş hissə, 17 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 380 manat (20 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********24692 Samsung J2 markalıtelefon üçün 293 manat olmaqla ondan, 266 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu,xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1349 manat (12 ay x 53 manat + 108 manat ilkin ödəniş) olan İMEİ kodu **********49745 Samsung Galaxy A40 markalı telefon üçün 1249 manat olmaqla, ondan 1135 manat ödənilməmiş hissə, 114 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 640 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********47735 Samsung J2 markalıtelefonu 480 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 20 ay ərzində hər ay 24 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********24692 Samsung J2 markalıtelefonu 380 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 20 ay ərzində hər ay 19 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2019-cuil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********49745 Samsung Galaxy A40 markalı telefonu 1349 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2019-cuil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 12 ay ərzində hər ay 53 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 312 manat, ödənilməmiş məbləği 168 manat, cərimə məbləği 17 manat, ümumilikdə ödənilməmiş məbləği 185 manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 114 manat, ödənilməmiş məbləği 266 manat, cərimə məbləği 27 manat, ümumilikdə ödənilməmiş məbləği 293 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 214 manat, ödənilməmiş məbləği 1135 manat, cərimə məbləği 114 manat, ümumilikdə ödənilməmiş məbləği 1249 manat olmaqla cəmi ödənilməmiş məbləği 1001 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 168 manat ödənilməmiş hissə, 17 manat cərimə, cəmi 185 manat, xx.xx.2018-ciil tarixli müqavilə üzrə 266 manat ödənilməmiş hissə, 27 manat cərimə, cəmi 293 manat, xx.xx.2019-cuil tarixli müqavilə üzrə 1135 manat ödənilməmiş hissə, 114 manat cərimə, cəmi 1249 manat olmaqla ümumilikdə cəmi 1727 (min yeddi yüz iyirmi yeddi) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar