Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1928/2020 04.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, ABC X1 Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: ABC Telecom MMC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonuncudan İMEİ kodu **********66001 Hoffmann Neo A300 markalı telefon üçün 20 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 22 manat İMEİ kodu **********31798 Samsung J2 markalı telefon üçün 306 manat ödənilməmiş hissə, 31 manat cərimə, cəmi 337 manat, İMEİ kodu **********01897 Samsung J2 markalı telefon üçün 418 manat ödənilməmiş hissə, 42 manat cərimə, cəmi 460 manat, ümumilikdə 819 manat borc, 30 manat dövlət rüsumu, cəmi 849 manat cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2018ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********66001 Hoffmann Neo A300 markalı telefon, İMEİ kodu **********31798 Samsung J2 markalı telefon, İMEİ kodu **********01897 Samsung J2 markalı, telefonalmış, nəticədə cəmi 819 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 240 manat (12 ay x 20 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********66001 Hoffmann Neo A300 markalı telefon üçün 22 manat olmaqla ondan, 20 manat ödənilməmiş hissə, 2 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 408 manat (12 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********31798 Samsung J2 markalı telefonüçün 337 manat olmaqla ondan, 306 manat ödənilməmiş hissə, 31 manat cərimə pulu, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 440 manat (20 ay x 22 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********01897 Samsung J2 markalı telefon üçün 460 manat olmaqla, ondan 418 manat ödənilməmiş hissə, 42manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh tərəfindən cəmi 344 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********66001 Hoffmann Neo A300 markalı telefonu 240 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək 12 ay ərzində hər ay 20 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********31798 Samsung J2 markalı telefon telefon telefonu 408 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 12 ay ərzində hər ay 34 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2018-ciil tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh ABC Telecom MMC-dən İMEİ kodu **********01897 Samsung J2 markalı telefonu 440 manata almışdır. - Tərəflər arasında bağlanmış xx.xx.2018-ciil tarixli müqavilənin əlavəsində olan ödəniş cədvəlinə əsasən xx.xx.2018-ci il tarixdən 20.07.202-ci il tarixədək 20 ay ərzində hər ay 22 manat ödənilməsi nəzərdə tutulmuşdur. - xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 220 manat, ödənilməmiş məbləği 20 manat, cərimə məbləği 2 manat, ümumilikdə ödənilməmiş məbləği 22 manat, xx.xx.2018ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 102 manat, ödənilməmiş məbləği 306 manat, cərimə məbləği 31 manat, ümumilikdə ödənilməmiş məbləği 337manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əsas borca ödənilmiş məbləği 22 manat, ödənilməmiş məbləği 418 manat, cərimə məbləği 42 manat, ümumilikdə ödənilməmiş məbləği 460 manat olmaqla cəmi ödənilməmiş məbləği 819 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. - 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. İşin faktiki hallarından görünür ki, Cavabdeh müqavilələrə əsasən ABC Telecom MMC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrdə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 20 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 22 manat, xx.xx.2018-ciil tarixli müqavilə üzrə 306 manat ödənilməmiş hissə, 31 manat cərimə, cəmi 337 manat, xx.xx.2018-ciil tarixli müqavilə üzrə 418 manat ödənilməmiş hissə, 42 manat cərimə, cəmi 460 manat olmaqla ümumilikdə cəmi 819 (səkkiz yüz on doqquz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq ABC X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X2 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-1928/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1928/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver