Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-1956/2021 06.07.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 49408 manat borcun tutularaq iddaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, onunla Cavabdeh arasında 15 mart 2019-cu il tarixdə borc müqaviləsi bağlanmışdır. Borc müqaviləsinin 3-cü bəndinə görə o, müqavilə imzalanan tarixdən 1 il müddətinə Cavabdeh 49408 manat borc verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinə görə cavabdeh ondan almış olduğu 49408 manatı 1 il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilə X2 və X1 iştirakları ilə imzalanıb. Aralarında bağlanmış müqavilənin 4-cü bəndinə əməl etməyən Cavabdeh borcu bugünə qədər qaytarmamışdır. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəməyə “iddianın həcminin azaldılması”na dair ərizə təqdim edərək, Cavabdeh 39318 (otuz doqquz min üç yüz on səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, o, həqiqətən də İddiaçı 39318 (otuz doqquz min üç yüz on səkkiz) manat pul borcludur. Ona görə də iddia tələbini qəbul edir və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Mülki işin materiallarında olan 15.03.2019-cu il tarixdə X2 və X1 iştirakları ilə İddiaçı və Cavabdeh arasında bağlanmış borc müqaviləsindən görünür ki, İddiaçı müqavilə imzalanan tarixdən 1 il müddətinə Cavabdeh 49408 manat borc verməyi öhdəsinə götürür, Cavabdeh isə ondan almış olduğu 49408 manatı 1 il müddətinə qaytarmağı öhdəsinə götürür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. Belə ki, Cavabdeh tərəfindən 06.07.2021-ci il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizədə, iddia tələbini qəbul etdiyini, İddiaçı 39318 manat məbləğində borcu olduğunu etiraf edərək, iddia tələbinə qarşı heç bir etirazının olmadığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir Həmin Məcəllənin 389.1-ci mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 15.03.2019-cu il tarixdə borc müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 49408 manat pul verilmişdir. Cavabdeh borc müqaviləsi üzrə öhdəlik götürmüşdür ki, bir il müddətində borcunu qaytaracaqdır. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, iddiaçı borc müqaviləsi üzrə borcun cavabdehdən tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İddiaçı məhkəməyə “iddianın həcminin azaldılması”na dair ərizə təqdim edərək, Cavabdeh 39318 (otuz doqquz min üç yüz on səkkiz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 39318 (otuz doqquz min üç yüz on səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh 39318 (otuz doqquz min üç yüz on səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-1956/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-1956/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver