Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-197/2022 07.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Quliyeva Gülnar Rəhman qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh oğlunun vərəsəsi X5 qarşı «kredit borcu» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkləməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh oğlunun vərəsəsi X5 qarşı «kredit borcu» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum Cavabdeh vərəsəsi X2 əsas borc üzrə 657.28 manat, faiz borcu üzrə 497.93 manat, cəmi 1155.21 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Gəncə filialı ilə Cavabdeh oğlu arasında bağlanmış 30.09.2016-cı il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə 1183 manat məbləğində kredit verilmiş, Cavabdeh oğlu 09.02.2018-ci il tarixdə vəfat etmiş və Gəncə “ASAN xidmət” mərkə notariat ofisinin 29.09.2020-ci il tarixli 1985 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Cavabdeh adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilm iş 23.06.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh oğlunun Baka ödənilmiş 657.28 manat əsas, 497.93 manat faiz borcu, cəmi 1155.21 manat borcu qalmışdır. Cavabdeh X4 mərhum Cavabdeh qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi X3 məhkəməyə iddia tələbinin dəqiqləşdiorilməsi barədə ərizə verərək, Cavabdeh vərəsəsi X2 əsas borc üzrə 1139.42 manat və ödənilmiş 30 manat dövlət rüsumu 0.40 manat xidmət haqqının tutularaq, "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin dəqiqləşdirilməsinə dair hissədə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh oğlunun vərəsəsi X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə iddaçının nümayəndəsiniun izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 30.09.2016-cı il tarixli 13-16-16-067595 saylı təminatlı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh oğluna 60 ay müddətinə 1183 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vərəsəsi X2 əsas borc üzrə 1139.42 (min yüz otuz doqquz manat qırx iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun,0.40 manat xidmət haqqının tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vərəsəsi X2 əsas borc üzrə 1139.42 (min yüz otuz doqquz manat qırx iki qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu, 0.40 qəpik xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(044)-197/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-197/2022
07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver