Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-200/2022 29.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X15 iştirakı ilə, İddiaçı Cavabdeh, qarşı gediş-gəliş yolunun açılması, evə dəymiş zərərə görə kompensasiya və 14 illik kirayə haqqının ödənilməsi tələbinə dair, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 evinə Cavabdeh tərəfindən qərəzliklər nəticəsində aparılan tikinti işləri zamanı dəymiş zərərə görə 50.000 manat məbləğində kompensasiyanın, əzəldən evinə olan giriş-çıxış yolunun açılması, bu illər ərzində evindən istifadə edə bilmədiyi üçün hər bir il üçün 1500 manat, 14 illik kirayə haqqı hesablanaraq və dövlət rüsumu üçün ödənilmiş 30 manat Cavabdeh Nürəddin oğlundan alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçı onun anasıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-88/2009 saylı 02 fevral 2009-cu il tarixli qətnaməsinə əsasən anasının mərhum valideynləri X16 və X17 faktiki nikah münasibətində olmalarının müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən evin onların birgə mülkiyyəti hesab edilməsi, valideynlərinin qanun üzrə vərəsəsi tanınmaqla həmin mülkdən miras payının müəyyən edilməsi, valideynlərinin qanun üzrə vərəsəsi tanınmaqla, həmin mülkdən miras payının müəyyən edilib ona vürilməsi və vərəsələr arasında ideal qaydada bölüşdürülməsi tələbinə dair iddiası təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2009-cu il tarixli qətnaməsi ilə həmin qətnamə qüvvədə saxlanılmışdır. Buna baxmayaraq icra məmuru tərəfindən evə baxış keçirilmiş, evin bölgüsünün mümkünsüz olduğu bildirilməklə icra işi yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən daş hasar çəkilmiş, onların evi qəzalı vəziyyətə salmış, evdə yaşamaq insan həyatına təhlükə yaratmış, evə gediş-gəlişin tam şəkildə bağlanmışdır. Cavabdeh tərəfindən özbaşınalıq edilərək tikinti işləri aparılmışdır. Anası özünə məxsus olan əmlaka girib yaşaya bilmir, neçə illərdir həmin əmlak yeyəsiz vəziyyətdə qalmışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, ünvan 2 ünvanında yerləşən əmlakı X2 notarial alqı-satqı müqaviləsi ilə xx.xx.2021-ci il tarixdə almış, bundan sonra onun öz adına DƏDRX-ın 3 saylı Ərazi İdarəsindən həmin əmlaka dair Çıxarış verilmişdir. O, texniki pasportda olan göstəricilərə uyğun həmin torpaq sahəsində tikinti işləri aparmış, iddiaçının öz əmlakına girişinə heç bir maneə törətməmişdir. Əksinə iddiaçı və qızları onun öz əmlakında tikinti işləri aparmasına mane olmuş, onu söyüb təhqir etmişlər. Sonda o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDX yanında DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi İsmayıl Quliyev qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarında olan: - MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsində mülkiyyətində olan 0.1067 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 38 kv.m yaşayış, 6.0 kv.m köməkçi sahədən ibarət 115 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(044)-88/09 saylı qətnaməsinə əsasən X16 və X17 faktiki nikah münasibətində olmaları və ünvan 3 ünvanda yerləşn evin onların bərabər paylı ümumi mülkiyyəti olması müəyyən edilmiş, X18 və X27, X16 və X17 qanun üzrə vərəsələri, X18, X27, X28, X29, X32 və X44, X16 qanun üzrə vərəsələri, X51, X9 qanun üzrə vərəsəsi, X30, X45, X35 və X56, X19 qanun üzrə vərəsəsi hesab edilmiş, ünvan 3 ünvanda yerləşən sahəsi 18.0 kvm,20.0 kvm iki yaşayış otağı , 6.0 kvm dəhliz, 19.8 kvm əl damından ibarət evin hər birinə 5/18 payla X3 və X36, 2/18 payla X7, 4/18 payla X8. 2/18 payla isə X41, X14, X34 və X21 payının müəyyən edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Naizrli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 4 ünvanında İddiaçı, X31, X39 və Nümayəndə qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X26 Agentliyinin 02 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, (115) 181 saylı 1927-ci ildə inşa edilmiş fərdi yaşayış evinin 5,0x 8,4m ölçüdə hissəsinin söküldüyü müşahidə edilmişdir. Söküntü işləri aparılan zaman evin dam örtüyündə deformasiyalar, tavan örtüyünün DVP materialından olan üzlüyünün yük daşımayan divardan aralanmış və divarda keçici olmayan xırda çatlar əmələ gəlmişdir. Rayonun inzibati ərazisində hər hansı söküntü və ya tikinti işlərinin yerinə yetirilməsinə icazənin verilməsi, m övcud qanunvericiliyə əsasən Fövqəladə Hallar Nazirliyinin hər hansı bir qurumunun deyil, yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, qeyd edilən ünvanla əlaqədar aidiyyatı üzrə müvafiq tədbirlərin görülməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq DƏDRX-ın 3 saylı Gəncə Ərazi İdarəsindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, həmin idarənin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Həmçinin həmin məktuba əlavə edilmiş: - xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. - AN-İ № ******* saylı xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, ev 115A ünvanında yerləşən, mülkiyyətində olan 0.0502 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərində inşa edilmiş ümumi sahəsi 48.7 kv/m fərdi yaşayış evinin tam mülkiyyət üzrə Cavabdeh satmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş X3 vərəsələri:Gəncə Ş.Rustaveli kü.ev 30 ünvanında qeydiyyatda olan qızı:X24 və o miras əmlakdan tam hissədə pay almalıdır.Şəhadətnamə verilən miras əmlak: ƏMDK DƏDRX Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə X5 verilmiş **********34-10301 reyestr nömrəli, ********** qeyddiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.7 kv/m olan fərdi yaşayış evinin və ƏMDK DƏDRX Ərazi İdarəsi tərəfindən xx.xx.2020 tarixdə X5 verilmiş **********34-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0.0502 ha olan torpaq sahəsinin ½ hissəsindən ibarətdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ üzrə X4 adına ½ hissə payı, X25 adına ½ hissə pay daşınmaz əmlakın dövlət reyestrində 160 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(044)- 1139/2010 nömrəli icra vərəqəsinin surətindən görünür ki, iddiaçılar X3 və X36 cavabdehlər X20 cə Məmmədova (İsmayılova) Zərinə İsmayıl qızına qarşı ümumi mülkiyyətdə olan payın real ayrılması tələbinə dair iddiası təmin edilmiş, X3 və X36 ünvan 7 ünvanda yerləşən mülkdən birgə 20/36 payları həmin küçəyə olan mövcud giriş-çıxışla, yaşayış evinin 18 kvm yaşayış otağının, 6 kvm dəhlizin onların ümumi mülkiyyətinə, 36.9 kvm şəşəbəndin 18.6 kvadrat metrinin, 5.8 kvm dəhlizin və 501.6 kvm həyət sahəsinin onların ümumi istifadəsinə verilməsi ilə ayrılması, 6 kvm dəhlizin 20 kvm sahəli otağa açılan qapısı ləğv edilib bağlanması, şüşəbəndin ayrılan 18.6 kvadrat metri, əks tərəfdə qalan 18.3 kvm şüşəbənd sahəsindən arakəsmə ilə təcrid edilməsi, 5.6 kvm sahəli dəhlizin yan tinindən çardağın sonunadək 10.85 metr uzunluğunda və son nöqtədən xətti əyib 3 metr uzadandan sonra yenidən həmin istiqamətdə daş hasarla 40.35 metr, yəni arxa sərhəd divarına birləşdirilənə kimi hörülməsi, şüşəbəndin ayrılan 18.6 kvm sahəsinin və 5.8 kvm dəhlizin əks tərəfə baxan pəncərələrinin bağlanması qərara alınmışdır. - RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsi 115 xüsusi mülkiyyət üzrə 10/26 payı X3 adına xx.xx.2012-ci il tarixdə, 4/36 payı X10, 8/36 payı X11, 1/36 payı X41, 1/36 payı X12, 1/36 payı X33, 1/36 payı X33, 1/36 payı X22, 10/36 payı X6 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - 28 mart 2013-cü il tarixli Bəxşeyiş Müqaviləsinin surətindən görünür ki, X51 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinin 1568 saylı xx.xx.2013-cü il tarixli arayışına və **********00-10301 saylı reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışa əsasən 0.1067 ha torpaq sahəsində yerləşən 02 otaqlı, 38 kvm yaşayış sahəsindən, 6.0 kvm yardımçı sahədən 44.0 kvm ümumi sahədən, 19.8 kvm əl damından ünvan 8 ünvanda yerləşən evdən ona məxsus 1/36 hissəsini xalası qızı X13 bağışlamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Çünki iddiaçı cavabdehin apardığı tikinti işləri nəticəsində onun əmlakına dəymiş ziyana görə 50000 manat kompensasiya tələb etsə də, dəymiş ziyanın həmin məbləğdə olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda İddiaçı məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavaxan küçəsi 115 saylı evə dəymiş ziyanı müəyyənləşdirmək üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(044)-3248/2021 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin tədqiqat obyektinin qapısı bağlı olduğu üçün ekspert Elmar Səidov ekspertizanın aparılmasından imtina etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi iddiaçıya məxsus əmlaka giriş-çıxış qapısının cavabdeh tərəfindən bağlandığını və əmlaka girişin mümkün olmadığını bildirdiyi üçün məhkəmə tərəfindən iddiaçıya məxsus əmlaka ekspertin iştirakı ilə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı ekspert X61 şəhər Nizami Rayon Məhkəməsinin 2(044)- 1139/2010 nömrəli mülki iş üzrə verilmiş xx.xx.2010-cu il tarixli ekspert rəyini və planı oxuyaraq bildirmişdir ki, ünvan 9 ünvanda yerləşən əmlak həmin iş üzrə tərəflərin paylarına uyğun olaraq ekspert rəyində və rəyə əlavə olunmuş planda göstərilmiş şəkildə bölünmüşdür. Cavabdeh tərəfindən bağlanılan qapı və aparılan bölgü həmin mülki iş üzrə ekspert rəyində qeyd olunduğu kimi aparılmışdır. Həmin əmlak bölündükdən sonra iddiaçının payına düşən hissədə olan əmlakda 20 kvm sahəli otağın Cavadxan küçəsinə baxan iki pəncərəsindən biri qapı ilə əvəz olunaraq həmin əmlaka giriş imkanı yaradılmalı idi. Həmçinin ekspert rəyinə əlavə edilmiş planda iddiaçının payına düşən əmlakın Vatutin küçəsi 36 saylı evin həyətyanı torpaq sahəsi tərəfə mövcud olan keçid qapısı, bağlanmalı və açılmalı olan papı və pəncərələr, hörülməli arakəsmə divar dəqiq göstərilmişdir. Hazırda iddiaçı qeyd olunan pəncərəni qapı ilə əvəz etmədiyindən və əmlakın arxa tərəfindən olan girişinə keçid mümkün olmadığından ekspertizanın aparılması mümkün olmamışdır. Bundan başqa yerli baxış zamanı iddiaçı və onun nümayəndəsi bildirmişlər ki, həmin pəncərələri qapı ilə əvəz etməyəcəklər, onların əvvəlki girişi hazırda cavabdehin mülkiyyətində olan girişdir, onlar həmin girişdən əmlaka daxil olmaq istəyirlər və evin bir hissəsi sökülərək ara qapı cavabdeh tərəfindən bağlanmışdır. İşin faktiki hallarından göründüyü kimi ekspertizanın keçirilməsinə iddiaçı tərəfindən şərait yaradılmalı olduğu halda, o və nümayəndəsi bununla razılaşmayaraq Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında ayrılaraq cavabdehin mülkiyyətində olan girişdən və həmin qətnamə əsasında bağlanmış qapıdan keçməklə əmlaka daxil olunmalı olduğunu bildirib ekspertizanın keçirilməsinə mane olmuşlar. Belə ki, Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Şərh olunan normaya əsasən, iddiaçı tərəfin ekspertizanın keçirilməsinə şərait yaratmayaraq mane olmasını nəzərə alıb məhkəmə iddiaçının əmlakına cavabdehin apardığı tikinti işləri nəticəsində ziyan dəyməsi faktını rədd edilmiş hesab edir. Bundan başqa iddiaçı əzəldən evinə olan giriş-çıxış yolunun açılmasını və evindən istifadə edə bilmədiyi üçün 14 illik kirayə haqqını tələb etsə də, məhkəmə baxışında tədqiq olunmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1139/2010 nömrəli mülki işi üzrə qətnamədən, ekspert rəyindən və plandan müəyyən edilmişdir ki, ünvan 9 ünvanda yerləşən əmlak bölündükdən sonra əmlakın iddiaçının tələb etdiyi giriş-çıxış qapısı cavabdehin mülkiyyətində olan hissədə saxlanılmış və iddiaçı tərəfin payına düşən hissədə olan əmlaka 20 kvm sahəsi olan otağın Cavadxan küçəsinə baxan iki pəncərəsindən birinin qapı ilə əvəz edilərək iddiaçı tərəfə giriş-çıxış verilmişdir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. İşin faktiki hallarından və iş materiallarından göründüyü kimi iddiaçının tələb etdiyi giriş-çıxış qapısı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında cavabdehin mülkiyyətində olan əmlakda saxlanılmış, həmçinin iddiaçının əmlakından 14 ildir istifadə etməsinə cavabdeh maneə törətməmiş, iddiaçı özü məhkəmə qətnaməsində və ekspert rəyində qeyd edildiyi qaydada əmlakına qapı açmayaraq əmlakından istifadə etməmişdir. Bununlada iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehin apardığı tikinti işləri nəticəsində evinə ziyan dəydiyi, evinə giriş-çıxışın mümkün olmadığı və 14 ildir evindən istifadə edə bilmədiyi bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 117 və 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh, qarşı gediş-gəliş yolunun açılması, evə dəymiş zərərə görə kompensasiya və 14 illik kirayə haqqının ödənilməsi tələbinə dair, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Ərazi İdarəsini, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, Maraqlı şəxs3 və Maraqlı şəxs4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb etdiyi, iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №2(044)-200/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-200/2022
29.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver