Məhkəmə qərarları › İş №2(044)-2012/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2012/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2012/2020 27.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-in etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-in Cavabdeh qarşı “pulun tutulması və tutmanın girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və sair” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Bank olmayan Kredit Təşkilatı “X5” MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2016-cı il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 631.95 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 631.95 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “X5” MMC-in xeyrinə tutulması, tutmanın xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 300 ABŞ dolları dəyərində olan televizor “Samsung”, 400 ABŞ dolları dəyərində paltaryuyan “LG”, 450 ABŞ dolları dəyərində soyuducu “Atlant”, 50 ABŞ dolları dəyərində xalça, 100 ABŞ dolları dəyərində xalça, 300 ABŞ dolları dəyərində divan-kreslo dəsti, 300 ABŞ dolları dəyərində “Toshiba” notebook, 250 ABŞ dolları dəyərində çəkisi 18.7 qram olan 1 ədəd qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalan borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 36 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər illik 12.04% dərəcəsini tətbiq etməklə 1801 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, peniya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən əsas borcu 631.95 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla,ümumilikdə 631.95 ABŞ dolları təşkil edir. Hazırda Cavabdeh əsas borc üzrə 631.95 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 631.95 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank olmayan Kredit Təşkilatı “X5” MMC-in xeyrinə tutulması, tutmanın xx.xx.2016-cı il tarixli girov müqaviləsinə əsasən girov qoyulmuş Cavabdeh məxsus 300 ABŞ dolları dəyərində olan televizor “Samsung”, 400 ABŞ dolları dəyərində paltaryuyan “LG”, 450 ABŞ dolları dəyərində soyuducu “Atlant”, 50 ABŞ dolları dəyərində xalça, 100 ABŞ dolları dəyərində xalça, 300 ABŞ dolları dəyərində divan-kreslo dəsti, 300 ABŞ dolları dəyərində “Toshiba” notebook, 250 ABŞ dolları dəyərində çəkisi 18.7 qram olan 1 ədəd qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların hərracda satılmasına, satışdan əldə olunan vəsaitin Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi, satışdan əldə edilən vəsait borcun ödənilməsinə kifayət etməzsə, qalan borcun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək göstərmişdir ki, həqiqətən ona xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinə əsasən illik 36 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər illik 12.04% miqdarında 1801 ABŞ dolları məbləğində kredit verilmişdir. Girov kimi özünə məxsus televizor “Samsung”, paltaryuyan “LG”, soyuducu “Atlant”, iki ədəd xalça, divan-kreslo dəsti, “Toshiba” notebook, çəkisi 18.7 qram olan 1 ədəd qızıl-zinət əşyalarını qoymuşdur. Borcundan bir hissəsini vermiş, imkanı olmadığından qalan borcu verə bilməmiş, buna görə də ona bank tərəfindən xəbərdarlıq edilmişdir. İşləmədiyi üçü borcunu verə bilməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC Gəncə filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 36 ay müddətinə xx.xx.2019-cu il tarixə qədər illik 12.04% dərəcəsini tətbiq etməklə 1801 ABŞ dolları məbləğində kredit verilmişdir İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2016-cı il tarixli LD ********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh əsas borc üzrə 631.95 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 631.95 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 21.1-ci maddəsinəəsasən hüququ pozulmuşşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunun təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarına əlavə edilmiş iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC Gəncə filialı ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli, LD/6093/00114 saylı X1 görünür ki, Cavabdeh televizor “Samsung”, paltaryuyan “LG”, soyuducu “Atlant”, iki ədəd xalça, divan-kreslo dəsti, “Toshiba” notebook, çəkisi 18.7 qram olan 1 ədəd qızılzinət əşyalarını təminat kimi “xxxxxxxx” MMC-nə girov qoymuşdur. Həmin müqaviləyə əsasən girov qoyulan əmlak bank tərəfindən 1900 manat məbləğində qiymətləndirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.3-cü maddəsinə əsasən, girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bildiriş məktubundan görünür ki, Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-in Cavabdeh kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın girova verdiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və girov saxlayan Bank girovla yüklü edilmiş əşyaları açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC Gəncə filialınaəsas borc üzrə 631.95 ABŞ dolları, xx.xx.2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 631.95 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarınada olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh əsas borc üzrə 631.95 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 631.95 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-in xeyrinə tutulmalı, tutma Cavabdeh məxsus girova qoyulmuş televizor “Samsung”, paltaryuyan “LG”, soyuducu “Atlant”, iki ədəd xalça, divan-kreslo dəsti, “Toshiba” notebook, çəkisi 18.7 qram olan 1 ədəd qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına banka olan borc ödənilməlidir. Məhkəmə hesab edir ki, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh tutulması, icra edilməsi hazırki vaxtda deyil, “İcra Haqqında” Qanunun 45-ci maddəsinin tələbinə əsasən icra mərhələsində həll olunan məsələdir və cavabdehin öhdəliyi hazırkı vaxtda mövcud olan təminatla məhdudlaşmış hesab edilməlidir. Ona görə də, məhkəmə iddia tələbinin girov predmeti olan əşyalar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh əsas borc üzrə 631.95 ABŞ dolları, faiz borcu üzrə 0.00 ABŞ dolları, cərimə üzrə 0.00 ABŞ dolları olmaqla, ümumilikdə 631.95 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-yə ödənilsin. Tutma bank qarşısında götürülmüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus girova qoyulmuş televizor “Samsung”, paltaryuyan “LG”, soyuducu “Atlant”, iki ədəd xalça, divan-kreslo dəsti, “Toshiba” notebook, çəkisi 18.7 qram olan 1 ədəd qızıl-zinət əşyalarına yönəldilsin və həmin əşyalar açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına iddiaçı Bank olmayan Kredit Təşkilatı “xxxxxxxx” MMC-yə olan borc ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar