Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2022/2021 31.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10300 (on min üç yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə 26 fevral 2020-ci il tarixdə torpaq sahəsinin sənədlərinin düzəldilməsi ilə bağlı 10300 (on min üç yüz) manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu almasına dair yazılı qəbz vermişdir. Həmin qəbz iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh pulu almasına baxmayaraq hazırda həmin pulu qaytarmaqdan imtina edir. İddiaçı məhkəməyə “iddianın həcminin azaldılması”na dair ərizə təqdim edərək, Cavabdeh 6000 (altı min) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, Cavabdeh ona olan borcunu bugünə qədər qaytarmamışdır. Cavabdeh 6000 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirmişdir ki, o, həqiqətən də İddiaçı 6000 (altı min) manat pul borcludur. Mülki işin materiallarında olan və 26 fevral 2020-ci il tarixdə onun tərəfindən torpaq sənədi ilə əlaqədar İddiaçı 1300 manat və 9000 manat olmaqla, cəmi 10300 (on min üç yüz) manat pul almağına və mart ayının axırınadək qaytaracağını öhdəsinə götürməsinə dair qəbzi həqiqətən də o, yazmışdır. Hal-hazırda onun iddiaçıya 6000 (altı min) manat borcu qalmışdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkəti qəbul etmir. Qeyd olunan müddəaları rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə məhkəmə tərəfindən qəbul edilməlidir. Belə ki, Cavabdeh tərəfindən məhkəmə iclasında təqdim etdiyi ərizədə, iddia tələbini qəbul etdiyini, İddiaçı 6000 manat məbləğində pul borcu olduğunu etiraf edərək, iddia tələbinə qarşı heç bir etirazının olmadığını bildirmiş və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki işin materiallarında olan 26 fevral 2020-ci il tarixdə Cavabdeh tərəfindən yazılmış əlyazma qəbzdən görünür ki, Cavabdeh torpaq sənədi ilə əlaqədar İddiaçı 1300 manat və 9000 manat olmaqla, cəmi 10300 (on min üç yüz) manat pul almış və mart ayının axırınadək qaytarağını öhdəsinə götürmüşdür. İddiaçının cavabdehə qeyd edilən məbləğdə pul verməsi və cavabdehin də həmin halı təsdiq etməsi onların izahatları, həmçinin hər iki tərəfin izahatları ilə təsdiq edilən və mübahisələndirilməyən cavabdehin iş materiallarında olan əlyazması ilə iddiaçının tələbində haqlı olduğunu təsdiq edir. Göründüyü kimi, cavabdeh iddiaçıdan pul alaraq iddiaçının hesabına varlanmışdır. Belə olan halda cavabdeh əldə etdiklərini iddiaçının tələbi ilə ona qaytarmalıdır. Cavabdeh məhkəmədəki izahatında iddiaçıya həqiqətən də 6000 (altı min) manat pul borclu olduğunu və həmin pulu qaytara bilmədiyini etiraf etdiyindən və qeyd edilən bu hal həm iddiaçının, həm də cavabdehin izahatı ilə və iş materiallarına əlavə edilmiş əlyazma ilə təsdiq edildiyindən, iddiaçı tərəfindən cavabdehə 6000 (altı min) manat məbləğində pulun verilməsi işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçının iddia tələbi təmin edilməli və cavabdeh Cavabdeh 6000 (altı min) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul tutularaq, İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №2(044)-2022/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2022/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver