Məhkəmə qərarları › İş №2(044)-2039/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(044)-2039/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(044)-2039/2020 31.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ http://cms.justice.loc/Common/Content.aspx?Id=4685853X7 Rayon Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlu, X6 Təşkilatı İddiaçı Cavabdeh və Zamin qarşı borcun tutulması barədə ərizəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİM: BOKT “xxxxxxxx” MMC Cəmiyyətinin Cavabdeh və Zamin qarşı ərizə ilə məhkəməyə müraciət edərək sonunculardan müştərək qaydada xx xxxxxxx 2016-cı il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən 159.17 manat borcun və xx xxxxxxx 2017-ci il tarixə qədər 159.17 manat borc ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT “X5” MMC Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2016-cı il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən sonuncuya xx xxxxxxx 2017-ci il tarixinə kimi faizsiz 816.04 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Zamin arasında xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. BOKT “X5” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT “xxxxxxxx” MMC-yə satılmışdır (güzəşt edilmişdir). Cavabdehlər kredit müqaviləsinin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdələrinə götürsələr də, öhdəliyi tam icra etməmişdirlər. Cavabdehlərə öhdəliyin icra edilməsi üçün dəfələrlə müraciət olunmuş, lakin heç bir nəticəsi olmamışdır. Cavabdehlərin x xxx 2020-ci il tarixli arayışına əsasən 159.17 manat əsas borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsədə, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. Ərizəyə əlavə olunmuş: - xx.xx.2019-cu il tarixli Hüquqların və tələblərin güzəşti haqqında müqavilədən görünür ki, X6 Təşkilatı “X8” X3 Cavabdeh ilə bağladığı kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri X6 Təşkilatı İddiaçınə güzəşt etmişdir. - xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin surətindən görünür ki, BOKT “X8” MMC Cavabdeh x xxxxxx 2016-cı il tarixli LD/16034/00045 saylı kredit müqaviləsi üzrə xx xxxxxxx 2016-cı il tarixə olan qalıq öhdəliyini, 510.47 ABŞ dollarını faizsiz 12 ay müddətinə ödəmək şərti ilə 816.04 manata konvertasiya etmiş, sonuncu konvertasiya edilmiş yeni öhdəliyi qəbul edərək krediti qaytarmağı öhdəsinə götürmüşdür. - xx xxxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, borc alan Cavabdeh öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdən Zamin borc alanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixə BOKT xxxxxxxx MMC-yə 159.17 manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, lakin cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə götürdükləri öhdəliklərə əməl etməmişlər. Bununla belə, məhkəmə iddiaçının cavabdeh Zamin qarşı iddia tələbini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bu baxımdan, cavabdeh Zamin qarşı irəli sürülmüş iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, xx xxxxxxx 2016-cı il tarixdə 12 ay müddətinə bağlanmış zaminlik müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitsə də, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor BOKT “X5” MMC Zamin qarşı iddia tələbi irəli sürməmişdir. Bu isə yuxarıda qeyd olunan Zaminlik müqaviləsi və Qanunun normasına əsasən zaminlik öhdəliyinə xitam verildiyinə dəlalət etdiyindən, cavabdeh Zamin qarşı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçının borcun tutulmasına dair iddia tələbi ona münasibətdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə hesab edirəm ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 10 manatı Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6.1, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 159 (yüz əlli doqquz) manat (17 on yeddi) qəpik məbləğində borc və ödənilmiş 20 manat dövlət rüsumunun 10 (on) manatı tutularaq X6 Təşkilatı xxxxxxxx X2 ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar